Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha bir jurnalist deputatlığa namizəd oldu


"Turan" İnformasiya Agentliyinin iqtisadiyyat yazarı Hafiz Babalı deputatlığa namizəd kimi rəsmən qeydə alınıb


Modern.az saytı xəbər veir ki, jurnalistin deputatlığa namizədliyini dairə seçki komissiyası deyil, Mərkəzi Seçki Komissiyası (MSK) qeydə alıb. 

Çünki 42 saylı Sumqayıt ikinci dairə seçki komissiyası onun topladığı imzaların saxta olduğunu əsas gətirərək namizədliyini qeydə almaqdan imtina etmişdi. MSK Hafiz Babalının DSK-nın qərarından şikayətimə baxıb və müraciətini təmin edib. 

”DSK-nın mənim namizədliyimə qarşı münasibəti nədənsə əvvəldən mənfi idi. Təsəvvür edin ki, evlərə zəng edib və gedib mənə verilmiş imzalarından imtina etməyə, bu haqda seçicidən ərizə almağa belə cəsarət ediblər. Nəhayət, bu texniki mərhələni aşdıq. Mənim namizədliyim üçün imzasını verən, imzasının arxasında dayanan 500 seçicinin hər birinə təşəkkür edirəm”- deyə Hafiz Babalı bildirib.

Hafiz Babalı REAL Hərəkatından deputatlığa namizəddir. O, bu dairədə YAP-ın namizədi Tahir Mirkişili ilə mübarizə aparacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Ən çox oxunanalar