Çərşənbə, 09 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daha 3 güləşçimiz Avropa çempionatının finalına yüksəlib

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.

PİA.az Trend-ə istinadən xəbər verir ki, yarışın ikinci günündə - iyunun 14-də yunan-Roma güləşi üzrə 45, 51, 60, 71 və 92 kiloqram çəki dərəcələrində çıxış edən idmançılar mübarizəyə qoşulublar.

Yarışa dörddəbir finaldan start verən Hüseyn Savadov (45 kq) gürcüstanlı Giorgi Koçalidzeyə 6:4 hesabı ilə qalib gələrək Avropa çempionatının yarımfinalına yüksəlib. Ancaq H.Savadov finalın bir addımlığında macar Mozes Adam Laşloyla bacarmayıb - 1:5. Güləşçimiz iyunun 15-də bürünc medal görüşünə çıxacaq.

Vədat Qasımlı (51 kq) əvvəlcə çexiyalı Filip Bartoşikə 8:0 hesabı ilə qalib gələrək qitə birinciliyinə inamlı başlayıb. V.Qasımlı dörddəbir finalda erməni Aleks Marqaryanı "tuşe" ilə xalçadan məyus yola salıb. Güləşçimiz yarımfinalda almaniyalı Lukas Benzinqi də vaxtından əvvəl məğlub edib - 8:0. Həmyerlimiz iyunun 15-də finalda gürcüstanlı Anri Xozrevanidzeylə qarşılaşacaq.
Ətraflı

Milli komandamızın üzvü Məhəmməd Qasımzadə (60 kq) ilk görüşdə çətinliklə də olsa, erməni Qaspar Terteryanı üstələyib - 8:7. Təmsilçimiz dörddəbir finalda heç bir çətinlik çəkmədən moldovalı Vladimir Paskaridən güclü olub - 9:0. M.Qasımzadə yarımfinalda finlandiyalı Oliver Aleksandr Pada üzərində qələbə (9:0) qazanaraq adını finala yazdırıb. Güləşçimiz iyunun 15-də qızıl medal uğrunda gürcüstanlı Avtandil Mamaladzeylə mübarizə aparacaq.

Davud Məmmədov (71 kq) startda italiyalı Mikael Gabriel Rindoneyə heç bir şans tanımayıb - 8:0. D.Məmmədov dörddəbir finalda xorvat Mihael Lukaç üzərində də erkən qələbə qazanıb - 9:0. Pəhləvanımız yarımfinalda bolqar Dimitar Stoyanov Raçevi 5:2 hesabı ilə məğlub edib. Güləşçimiz iyunun 15-də finalda türkiyəli İbrahim Özdemirlə qarşılaşacaq.

Güləşçimiz Mikayıl İsmayılov (92 kq) səkkizdəbir finalda finlandiyalı Elias Konsta Liiskiyə sonuncu xal prinsipinə əsasən məğlub olub - 1:1. 

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - Yenilənib

Cəlilabaddakı yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub - Yenilənib

İsrailin İranın Suriyadakı səfirliyinin yaxınlığına hücumunun ilk görüntüləri yayılıb - Yenilənib

Tofiq Zülfüqarovdan sensasion müsahibə: “Sazişin mahiyyətini sonra dəyişmək istəyirlər”

Paşinyan: Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır - Yenilənib

Bakıda xəstəxana yaxınlığında güclü yanğın başlayıb - Yenilənib

Azərbaycanda ailədə ikinci uşağa hər ay 100 manat...

Prezident İlham Əliyev Moskvada "Rossiya 1" televiziya kanalına müsahibə verib

Efiopiyada denge epidemiyası: Səhiyyə sistemi çökür

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay