Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çinli atlet Bakıda dünya rekordu vurub - Foto,Yenilənib

Bu gün Bakıda atıcılıq üzrə dünya çempionatı yarışları olimpiya növündə kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş növündə davam edib...

40 atışdan 39-nu dəqiq yerinə yetirən çinli Li Yuehonq dünya rekordunu yeniləyərək qızıl medala sahib olub.

Gümüş medala Fransadan olan atlet yiyələnib. Klement Bessaq 30 dəqiq atışla diqqət çəkib. 24 dəqiq atışla bürünc medal qazanmağını Almaniyanı təmsil edən Florian Peter bayram edib.

Komanda yarışında isə Çin birinci, Almaniya ikinci, Koreya üçüncü olub.

Bu yarışda finala yüksəlmiş Çin, Estoniya, Yaponiya, Ukrayna komandasının üzvləri öz ölkələrinə “Paris-2024” Yay Olimpiya Oyunlarına iştirak üçün lisenziya qazandırıblar.

Çinli Yi Yuehonq yarış başa çatandan sonra qalibiyyətlə bağlı təəssüratlarını bölüşüb:

“Arzularım yerinə yetdi. Bu uğuru xəyal edirdim. Özümü çox xoşbəxt hiss edirəm. Yarış mənim üçün çox yaxşı keçdi. Bu, ilk dünya çempionluğumdur. Komanda şəklində bu uğura nail olmuşduq, amma fərd olaraq mənim üçün ilkdir”.

Mümkün 40 hədəfdən 39-unu dəqiq nişan alan 33 yaşlı atıcı növbəti hədəfindən də danışıb:

“Mənim üçün dünya çempionatında çıxış etmək çox vacibdir. Qızıl medalla dünya rekordu arasında fərq qoya bilmərəm. Bu uğurdan sonra məqsədim Paris-2024 Olimpiadasında “qızıl” olacaq. Amma çox çətin görünür. İndiyə qədər olimpiadalarda iki dəfə bürünc medal qazanmışdım, bu dəfə qızıl medal üçün mübarizə aparacağam”.

***

Bakıda atıcılıq üzrə dünya çempionatının bütün tədbirləri əhatə edən yarışları davam edir.

APA xəbər verir ki, bu gün qeyri-olimpiya növü üzrə ilk yarış və mükafatlandırma keçirilib.

Kişilər arasında 50 metr məsafəyə tüfəngdən uzanaraq atəş açma yarışının qalibi çexiyalı Pyotr Nimburski 626.5 xal toplayaraq, qızıl medala sahib olub. Gümüş medala Çindən olan atlet yiyələnib. 625.2 xal toplayan Du Linşu Pyotrdan geri qalıb. Bürünc medalı 625.0 xalla İsveçrəni təmsil edən Yan Loxbihler bayram edib.

Komanda yarışında isə Norveç birinci, Almaniya ikinci, Çin üçüncü olub.

İdmançı karyerasında ilk dəfə dünya çempionu olmağın sevincini yaşayan Pyotr Nimburski finalla bağlı fikirlərini dilə gətirib:

“Bu gün mənim üçün çox yaxşı alındı. Maraqlı yarışda qızıl medal qazandım. Bu, ilk dünya çempionluğumdur. Öz uğuruma sevinsəm də, komandama görə təəssüfləndim. Biz üçüncü yerdəki Çin komandasından 0,1 xal geri qaldıq.

Buna görə məyus oldum.

Bu yarış mənim üçün böyük əhəmiyyət kəsb edir. Lisenziyanın olub-olmamasından asılı olmayaraq hər bir turnirə ciddi yanaşıram. Ona görə də qalib olmağı bacardım”.

Bu, Nimburskinin Bakıya üçüncü səfəridir. Lakin indiyə qədər paytaxtımızı gəzməyə imkan tapmayıb:

Bakını yetərincə gəzməyə vaxtım olmayıb. Proqram o qədər sıx olur ki. Məşq edirik, yarışa çıxırıq, otelə gedirik, dincəlirik. Bir də baxırıq ki, Çexiyaya qayıtmaq zamanıdır. Şəhəri gəzə bilməsəm də, Bakı Atıcılıq Mərkəzinin möhtəşəm olduğunu deməliyəm. Atış poliqonlarını bəyənirəm. Bu cür müasir və yüksək şəraitli mərkəzləri çox sevirəm”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Kartıma köçürdüyüm maaşdan 134 mini icra başçısına vermişəm” – Seymur Orucovun qohumu həbs edildi

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Milli Qurtuluş Günü və Qurban bayramı ilə əlaqədar ardıcıl 5 gün iş olmayacaq

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Dövlət Departamenti: Azərbaycanla Ermənistan arasında sülhün mümkün olduğuna inanırıq

Ən çox oxunanalar