Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çində 40 illik iqtisadi inkişaf qürub dönəminə girib...

Çin iqtisadiyyatının tənəzzülə getməsi çox saylı ölkələrin iqtisadiyyatına necə təsir edə bilər?...

İqtisadçı-ekspert: “ABŞ artıq Çini özünə ciddi rəqib bildiyindən həm müttəfiqləri, həm də ticarət müharibələri vasitəsilə ən üst səviyyədə Çinə qarşı mübarizəsini davam etdirir”.

“Mən düşünmürəm ki, Çin iqtisadiyyatına görə digər ölkələr ciddi əziyyət çəkəcəklər. Çünki Çin bazarını doldurmağa hər zaman hazır olan ölkələr var”.

Bu sözləri iqtisadçı-ekspert Eldəniz Əmirov Çində 40 illik iqtisadi artımın başa çatması iddiasını Poliqon-a şərh edərkən qeyd edib.

Qərb mətbuatı Çində 40 illik iqtisadi artımın başa çatdığını yazır. Bununla bağlı nə demək olar? Ümumiyyətlə, Çin iqtisadiyyatının tənəzzülə getməsi bu ölkənin mallarından asılı olan çox saylı ölkələrin iqtisadiyyatına necə təsir edə bilər?

Çin iqtisadiyyatını Poliqon-un əməkdaşı iqtisadçı-ekspert Eldəniz Əmirov ilə müzakirə edib.

Eldəniz Əmirov: “Rəsmi olaraq Çində iqtisadiyyatı haqqında mənfi danışmaq qadağan olunub. Bu da o deməkdir ki, artıq mənfi tendensiya ilə bağlı mövcud məlumatlar var”.

Çinin bazardan çıxmasının hər hansısa təchizatda ciddi problemlər yaradacağını düşünməyən ekspert bildirib ki, sadəcə olaraq, dünyada Çin istehsalı olan və bazarda aşağı qiymət təmin edən məhsulların qiymətində artımın olacağı gözlənilə bilər:

“Əvvəla onu qeyd edim ki, istənilən inkişafın və tənəzzülün ekstremum nöqtəsi var. Bu nöqtədən sonra əks istiqamətli inkişaf başlayır. Yəni tənəzzüldə inkişaf, inkişafda tənəzzül olur. Düşünürəm ki, Çin kifayət qədər inkişaf edib və hazırda onun ABŞ kimi bir rəqibi var. ABŞ artıq Çini özünə ciddi rəqib bildiyindən həm müttəfiqləri, həm də ticarət müharibələri vasitəsilə ən üst səviyyədə Çinə qarşı mübarizəsini davam etdirir. Bu da Çinin iqtisadiyyatında artıq öz təsirlərini göstərməyə başlayıb. Elə bir təzahür yaranıb ki, sanki Çin öz iqtisadiyyatının maksimumlarını yaşayır. Amma təbii ki, bu belə deyil. Sadəcə olaraq, belə bir təəssürat var.

Digər tərəfdən nəzərə almaq lazımdır ki, rəsmi olaraq Çində iqtisadiyyatı haqqında mənfi danışmaq qadağan olunub. Bu da o deməkdir ki, artıq mənfi tendensiya ilə bağlı mövcud məlumatlar var. Eyni zamanda bu o deməkdir ki, Çin iqtisadiyyatında hər şey plana uyğun getmir. Bunları da açıqlamaq Çində qadağa olunub. Ona görə ki, davranış iqtisadiyyatı prinsiplərinə uyğun olaraq vəziyyət yaxşı olduqda mənfi düşüncələr vəziyyəti dəyişə bilir. Amma vəziyyət azacıq pis olduqda mənfi düşüncələr bu pisi daha da pisləşdirir.

Eldəniz Əmirov: “Avtomobil sənayesində belə Çinin müdaxilə nəticəsində ciddi dəyişikliklər olmağa başlayıb və gələcəkdə də olacaqdır”.

Mən düşünmürəm ki, Çin iqtisadiyyatına görə digər ölkələr ciddi əziyyət çəkəcəklər. Çünki hər zaman Çin bazarını doldurmağa hər zaman hazır olan ölkələr var. Təbii olaraq Çin dünyada ələxsus da sənaye məhsullarının və qeyri-ərzaq məhsullarının təchizatında aparıcı rol oynayan ölkədir. Eyni zamanda bu məhsulların qiymətinin aşağı olmasında Çin ciddi rol oynayan ölkədir.

Əgər Çin olmasaydı bu gün bizim çox ucuz qiymətə əldə etdiyimiz adi məişət əşyaları belə baha qiymətə olardı. Yəni Çinin dünya bazarında gündəlik və yaxud da qeyri-gündəlik istifadə olunan əşyaların qiymətinin endirilməsində müstəsna və əvəzsiz rolu var. Hətta, avtomobil sənayesində belə Çinin müdaxilə nəticəsində ciddi dəyişikliklər olmağa başlayıb və gələcəkdə də olacaqdır.

Amma düşünmürəm ki, Çinin bazardan çıxması hər hansısa təchizatda ciddi problemlər yaradacaq. Sadəcə olaraq, dünyada Çin istehsalı olan və bazarda aşağı qiymət təmin edən məhsulların qiymətində artımın olacağı gözlənilə bilər”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar