Şənbə, 05 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Çin “Qlobal Təhlükəsizlik Təşəbbüsü Konsepsiyası”nı dərc edib

Sənəddə digər məsələlərlə yanaşı, nüvə müharibəsində qalib gəlməyin və onun başlanmasının qarşısının alınmasının qeyri-mümkünlüyündən bəhs edilir…

Poliqon.info xarici mətbuata əsasən xəbər verir ki, Çin, fevralın 21-də “Qlobal Təhlükəsizlik Təşəbbüsü Konsepsiyası”nı təqdim edib. Sənəd beynəlxalq münaqişələrin əsas səbəblərini aradan qaldırmaq və qlobal təhlükəsizliyi gücləndirmək məqsədi daşıyır.

Sənəddə mərkəzi BMT-yə yönəlmiş təhlükəsizliyin idarə edilməsi strukturuna güclü dəstəkdən bəhs edilir. Təşkilatın müharibənin qarşısını almaq səyləri və müharibədən sonrakı yenidənqurmada liderliyi də dəstəklənir. Çinin açıqladığı konsepsiya böyük ölkələri qlobal təhlükəsizlik məsələlərində aparıcı rol oynamağa, hegemonluq və hədə-qorxudan imtina etməyə, dinc yanaşı yaşayış qurmağa, böyük ölkələr arasında sabit və balanslı münasibətləri təmin etməyə çağırır.

Sənədə bir neçə əsas anlayış və prinsiplər daxildir, o cümlədən:

ümumi, hərtərəfli, əməkdaşlıq və davamlı təhlükəsizlik baxışlarına sadiqliyi saxlamaq;

bütün ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət və BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə riayət edilməsi;

qanuni təhlükəsizlik narahatlıqları barədə məlumatlılıq.

Çin həmçinin vurğulayıb ki, ölkələr həm ənənəvi, həm də qeyri-ənənəvi sahələrdə təhlükəsizliyi qorumaqla, fikir ayrılıqlarının və mübahisələrin dialoq və məsləhətləşmələr yolu ilə sülh yolu ilə həllinə sadiq qalmalıdırlar.

Bu konsepsiya çərçivəsində Çin bütün ölkələri əsl çoxqütblülüyə keçidə, soyuq müharibə zehniyyətinin yaratdığı birqütblülükdən imtina etməyə, blok qarşıdurmasına və hegemonizmə müqavimət göstərməyə çağırır.

Həmçinin, sənədə əsasən, ölkələr nüvə müharibəsində qalib gəlməyin qeyri-mümkünlüyünə dair konsensusa qəti şəkildə nail olmalıdırlar. Konsepsiyada belə bir müharibənin heç vaxt aparılmaması vurğulanır. Bundan əlavə, sənəd qaynar nöqtələrdə beynəlxalq və regional məsələlərin siyasi həllinin təşviqinə çağırır.

Qeyd edək ki, ötən həftə Çin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsinin ildönümünə qədər Rusiya-Ukrayna müharibəsini dayandırmağa kömək edə biləcək planın ictimaiyyətə açıqlanacağını bildirmişdi. Bununla belə, Bloomberg-in məlumatına görə, Çinin Ukrayna və Rusiya ilə bağlı “sülh planı”nda atəşkəsKiyevə silah tədarükünün dayandırılması çağırışları yer alır. Eyni zamanda, ÇXR-in “sülh planı”nda ərazi bütövlüyünə hörmət, nüvə obyektlərinin qorunması və biokimyəvi silahlardan istifadəyə qarşı çıxmaq çağırışları ola bilər.

Tərcümə Poliqon-a aiddir

Poilqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - Yenilənib

Qonşusunun yetim uşağını döyə-döyə diləndirdi: Bakıda görünməmiş vəhşilik

Tağı Əhmədovu ağır vəziyyətdə Təzəpirə gətirdilər

Baş nazir Əhməd Əhmədzadənin vəzifəsini dəyişdi

Azərbaycanda həbs olunsa da rütbəsi alınmayan yeganə general

Nəsimi rayonunun bir qrup sakini Birinci vitse-prezidentə və "İDEA" İctimai Birliyinin sədrinə müraciət ünvanlayıb

Prezident: Azərbaycanın daha böyük coğrafiyada önəmli ölkəyə çevrilməsi prosesi bundan sonra da uğurla gedəcək

Arxeologiyanın ürəyi Türkiyənin Şanlıurfasında döyünür – Fotolar

Azərbaycanın inventarına daxil olunacaq "JF-17": Türkiyə əsas rol oynaya bilər

Ərdoğan: Yaxın Şərqdə hiyləgər planlar işə düşüb

Ən çox oxunanalar