Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cibuti parlamenti Xocalı soyqırımını tanıdı


Cibutinin Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.


Bu barədə AzVision.az-a XİN-nin Mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanın Əddis-Əbəbədəki səfirliyindən daxil olmuş məlumata əsasən, Cibutinin Milli Assambleyası (Parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı soyqırımına dair qətnamə qəbul edib.

Qətnamə Cibutinin Milli Assambleyasının spikeri ilə görüş zamanı parlamentin sədri Məhəmməd Əli Huməd tərəfindən səfir Elman Abdullayevə rəsmən təqdim olunub. Cibuti parlamentinin sədri ölkəsinin Azərbaycanı daim dəstəklədiyini və yanında olduğunu bir daha vurğulayıb.

Qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və 26 fevral 1992-ci il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Xocalı şəhərində mülki əhaliyə qarşı törədilmiş qətliam soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi tanınır, günahkarların müvafiq beynəlxalq alətlərə uyğun olaraq cəzalandırılmalı olduğu bəyan edilir.

Milli Assambleya sözügedən qətnamədə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü və suverenliyinə hörmətini bir daha təsdiq edir, habelə BMT Nizamnaməsi və beynəlxalq hüquqa əsasən güc tətbiq etməklə ərazilərin işğal edilməsinin qəbuledilməz olduğunu bəyan edir. Milli Assambleya BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının, eləcə də digər beynəlxalq təşkilatların Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasına dair qətnamələrinin yerinə yetirilməsini tələb edir, eyni zamanda beynəlxalq ictimaiyyəti və beynəlxalq təşkilatları bu qərarların yerinə yetirilməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.

Qətnamədə Ermənistanın təcavüzünün qurbanları olan bir milyondan artıq azərbaycanlının taleyi və böhranlı vəziyyəti, eləcə də humanitar problemlərin miqyasından dərin narahatlıq ifadə olunur, beynəlxalq ictimaiyyət münaqişənin həllinə maksimum töhfə verməyə çağırılır. Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyət bundan sonra da davam etdiriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar