Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ceyhun Bayramov Bosniya və Herseqovinanın xarici işlər naziri ilə görüşüb

Xarici işlər naziri Ceyhun Bayramov noyabrın 30-da ATƏT Nazirlər Şurasının Skopye şəhərində keçirilən 30-cu iclasında iştirakı çərçivəsində Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç ilə görüş keçirib.

"Report" xəbər verir ki, görüş zamanı iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq ifadə olunub və bu xüsusda, qarşılıqlı yüksək səviyyəli səfərlərin önəmi vurğulanıb.

Görüş zamanı iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin genişləndirilməsi üçün daha böyük potensialın mövcud olduğu diqqətə çatdırılıb və bu xüsusda, qarşılıqlı investisiyaların təşviqi və enerji, turizm, kənd təsərrüfatı və bir sıra digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Nazir Elmedin Konakoviç ölkəsinin Azərbaycan ilə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verdiyini vurğulayıb və məmnuniyyətlə ölkəmizə səfər edəcəyini qeyd edib.

Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Poliqon.info 


Etiket: Ceyhun Bayramov


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar