Şənbə, 14 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cənubi Koreyada Hellouin bayramında ölənlərin sayı 146 nəfərə çatıb - Yenilənib

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 146 nəfərə çatıb...

“Report” xəbər verir ki, bu barədə YTN telekanalı məlumat yayıb.

Yaralı sayının azı 150 nəfər olduğu deyilir.

Daha əvvəl azı 120 nəfərin öldüyü və 100 nəfərin yaralandığı bildirilirdi.

***

Cənubi Koreyanın paytaxtı Seulun mərkəzində Hellouin bayramı zamanı baş verən izdiham nəticəsində ölənlərin sayı 120 nəfərə çatıb.

Bu barədə “Yonhap”  agentliyi məlumat yayıb.

Bundan əvvəl 59 nəfərin öldüyü, azı 150 nəfərin yaralandığı bildirilirdi.

Daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı gəlib. Prezident Yun Sok Yol və Baş nazir Han Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

Agentliyin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

***

Cənubi Koreya hökuməti Seulun mərkəzində Hellouin bayramı münasibətilə yaranan izdiham nəticəsində azı 59 nəfərin öldüyünü, azı 150 nəfərin yaralandığını təsdiqləyib.

Bu barədə şənbə günü fövqəladə xidmətlərə istinadən “Yonhap” agentliyi məlumat yayıb.

Bundan əvvəl KBS telekanalı iki nəfərin öldüyünü bildirib.

Qeyd edək ki, daha əvvəl açıqlanan məlumata görə, 50-yə yaxın insanda ürək dayanması diaqnozu qoyulub.

Hadisə yerinə onlarla təcili yardım və polis əməkdaşı  gəlib. Prezident Yun Sok Yol və Baş nazir Xan Dok Su hadisəyə reaksiya verərək tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

“Yonhap” agentliyinin məlumatına görə, şəhər meri O Se Xun Avropaya səfərini ləğv etmək qərarına gəlib. Polis şənbə günü əraziyə 100 minə yaxın insanın toplaşdığını təxmin edir.

***

"Report" xəbər verir ki, bu barədə “Mirror” Cənubi Koreya mətbuatına istinadən məlumat yayıb.

İzdiham zamanı xəsarət alanların sayı 100-ə çatır. Hadisə yerinə onlarla təcili yardım maşını və polis gəlib. Ölkə prezidenti və baş nazir tibb mütəxəssislərini lazımi yardım göstərməyə çağırıblar.

Bundan əvvəl Seulda keçirilən Hellouin bayramında azı 50 nəfərin xəsarət aldığı bildirilirdi.

Hər il oktyabrın sonuncu şənbə günü minlərlə insan Hellouin bayramını qeyd etmək üçün toplaşır.

pia.az 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Azərbaycan Qran-prisi: "Formula 1"də ilk sərbəst yürüş başa çatıb, Ferstappen birinci olub - Yenilənib

İsmayıl Haniyənin ölümü İranın maraqlarına uyğun olub?

Şamaxıda ər-arvad bıçaqlanıb, biri ölüb: cinayət işi açılıb - Yenilənib

Ermənistan Hindistandan ATAGS artilleriya qurğularını alır... - Paşinyan əslində nə istəyir?

Bu məzarlıqda azərbaycanlı iş adamının 6 milyon dollarını və 6 kq qızılını axtarırlar

Ən çox oxunanalar