Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanovdan dəmiryolçulara yeni il sovqatı - Dəmiryolçular nədən narazıdı?


Şaxta Baba dəmiryolçulara poçt vasitəsi ilə yeni il hədiyyəsi olaraq şer sovqatı yollayıb, amma bu sovqat dəmiryolçuların bayram süfrəsindən nəyinsə əskik olmasına səbəb olur


Bayram ərəfəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov rəhbərlik etdiyi qurumun bütün şöbə və idarələrinə babası, məşhur Azərbaycan aşığı Aşıq Şəmşirin “Dədə öyüdləri” kitabını yollayıb. AYD sədri bütün idarə və qurum rəhbərlərindən tələb edib ki, adı keçən kitab bütün dəmiryolçulara 10 manatdan satılmalıdır.

Bu barədə PİA.AZ-a ünvanlanan şikayətdə bildirilir ki, Cavid Qurbanovun tapşırığına əsasən kitablar poçt vasitəsi ilə rayonlara yollanılıb. Dəmiryolu işçilərinə isə məcburi şəkildə “Dədə öyüdləri” kitabı satılır. Şikayətçi bildirir ki, manatın qiymətdən düşməsi ilə onsuz da onların cüzi maaşı bayram süfrələrinə yetmirdi, indii isə onlar məcburi şəkildə Aşıq Şəmşirin “Dədə öyüdləri” kitabını bayram süfrələrinə qoymalıdırlar.

Qeyd edək ki, “Dədə öyüdləri” kitabı “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyi nəşr edib. “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə isə məşhur aşığın oğlu, Cavid Qurbanovun atası Qənbər Qurbanov rəhbərlik edir. Bizim apardığımız araşdırma nəticəsində məlum olub ki, dəmiryolçulara məcburi şəkildə satılan kitabların pulu da elə “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinə çatacaq.

Yazıda adı keçən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq…

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Ən çox oxunanalar