Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid Qurbanova etiraz edib müxalifətə keçdilər

Azərbaycan Xalq Hərəkatına (AXH) qoşulan vətəndaşların sayı artmaqdadır

Keçmiş daxili işlər naziri İsgəndər Həmidovun səhhətində problem yaransa da, liderlik etdiyi Azərbaycan Xalq Hərəkatına (AXH) qoşulan vətəndaşların sayı artmaqdadır.

Hurriyyet.org-a məlumat verən mənbə deyir ki, AXH-yə müraciət edənlər arasında xüsusən də Kəlbəcər sakinləri daha çox müşahidə olunur. Məlumata əsasən, təkcə ötən həftə ərzində onlarla kəlbəcərli AXH-yə müraciət edərək, Hərəkatın fəaliyyətində aktiv iştirak etmək istədiklərini bildiriblər.

Mənbə deyir ki, bu insanların bir çoxu Azərbaycan Xalq Hərəkatının perspektivinə inandıqları üçün bu təşkilata qoşulmağa üstünlük versələr də, onlar arasında Kəlbəcərin “ağsaqqalı” hesab olunan, rayonun deputatı, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdan narazı vətəndaşlar da var.

Həmin şəxslər iddia edirlər ki, C.Qurbanov Kəlbəcərin deputatı olaraq son vaxtlar sakinlərin problemləri ilə ümumiyyətlə maraqlanmır, ancaq qohum-əqrəbasını vəzifələrə yerləşdirməklə məşğuldur, hətta hansısa məsələ ilə bağlı onun qəbuluna düşmək belə, artıq mümkün deyil.

Məlumata əsasən, kəlbəcərlilər də Cavir Qurbanovun bu cür fəaliyyətsizliyinə, deputat olduğunu unudaraq son vaxtlar əksər məmurlar kimi əhali ilə arasına məsafə qoyduğuna görə, kütləvi şəkildə AXH-yə qoşulmağa qərar veriblər.

Xatırladaq ki, Kəlbəcərin əhalisi 71.100 min nəfərdir. 1 avqust 2013-cü il tarixə olan məlumata əsasən, Bakı şəhərində 8,9 min nəfər, Gəncə şəhərində 22,5 min nəfər, Mingəçevir şəhərində 3,4 min nəfər, Abşeron rayonunda 2,7 min nəfər, Bərdə rayonunda 6,5 min nəfər, Tərtər rayonunda 4,1 min nəfər, Goranboy rayonunda 7,8 min nəfər, Göygöl rayonunda 5,6 min nəfər, Şəmkir rayonunda 1,3 min nəfər, Daşkəsən rayonunda 14 min nəfər, Samux rayonunda 1,4 min nəfər, Yevlax rayonunda 4,0 min nəfər, Oğuz rayonunda 1,1 min nəfər və respublikanın digər 31 şəhər və rayonlarında 8.1 min nəfər müvəqqəti məskunlaşmışdır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar