Cümə axşamı, 02 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Cavid


Alçaq dağları yaradanların davası


Bakı şəhərinin əsas giriş-çıxış qapılarından biri olan Bakı-Sumqayıt-Quba yolunda tıxacın aradan qaldırılması ilə bağlı uzun illərdir ki, müzakirələr aparılır. 

Nəqliyyat Nazirliyi rəsmi olaraq bir neçə dəfə bu yolda yaranan uzunmüddətli tıxacların aradan qaldırılması ilə bağlı təkliflərini Nazirlər Kabinetinə təqdim edib.  Hətta ilkin olaraq bir neçə layihənin icrasına da başlanılıb. Məsələn Avtovağzal yaxınlığında Bakı-Quba yolunun 4 istiqamətli çıxış körpüsünün inşası həyata keçirilir. Bundan başqa Avtovağzala keçmədən «Dairəvi Yol» istiqamətində də bir sıra işlər həyata keçirilir. Bundan başqa «Xırdalan Dairəsi»-ndən Bakı istiqamətində yolun genişləndirilməsi həyata keçirilib. Bu istiqamətdə avtomobillərin sıxlığı müşahidə edilsə də mühim irəliləyişə nail olunub. Lakin Sumqayıtdan Bakı istiqamətində hərəkət zolağı Nəsimi rayonu ərazisinə düşür və burada aparılan işlərlə bağlı heç bir maneə yoxdur.

Lakin Bakıdan Sumqayıt istiqamətinə hərəkət etmək üçün hələ ki, heç bir irəliləyiş yoxdur. Yolda saatlarla yaranan tıxacların isə aradan qaldırılması üçün yalnız bir problem var. Və həmin ərazi də Binəqədi Rayon İcra Hakimiyyətinin balansındadır. Redaksiyamıza daxil olan məlumata əsasən Bakıdan Sumqayıta yönələn istiqamətdə yolun genişləndirilməsinə Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun «abadlıq» islahatları mane olur.

Məlumatlara əsasən «Azəryolservis» Açıq Səhmdar Cəmiyyəti dəfələrlə Bakıdan Suümqayıt istiqamətində yolun kənarında olan təpəciklərin dağıdılmasını istəyib. Bu təpəciklər əsasən Xaləddin İsgəndərov icra başçısı təyin edildikdən sonra yaradılıb. Məqsəd də «abadlıq» olub. Hətta bir neçə dəfə bu yolda tıxacın aradan qaldırılması üçün rəsmi qurumların təşübbüsləri ortaya çıxanda, Xaləddin İsgəndərov həmin təpəciklərin «qazon» örtüyünü təzələyib.

Redaksiyamızaa daxil olan məlumata əsasən sonuncu dəfə 2014-cü ilin ikinci yarısında «Azəryolservis» və Bakı Şəhər İcra Hakimiyyəti Nazirlər Kabinetinə təklif yollayıb. Hətta Nəqliyyat Nazirliyinin də bu təkliflə bağlı müsbət rəy verdiyi bildirilir. Təklifə əsasən Bakıdan Sumqayıt istiqamətinə hərəkət zolağının sağ cinahındakı məlum təpəciklərin dağıdılması hesabına yolun genişləndirilməsi istənilib. Lakin bu təşübbüs icra başçısının unikal «islahatı» ilə aradan qaldırılıb. Belə ki, təpəciklərin dağıdılması ilə bağlı olaraq təklif ortaya çıxan kimi Xaləddin İsgəndərov həmin təpəciklərdə «Baku 2015» Yay Olimpiya Oyunlarının loqolarını yerləşdirib və işıqlandırılmasını həyata keçirib. Bundan sonra isə bir neçə rəsmi qurumun həmin təpəcikləri dağıdaraq yolun genişləndirilməsi təşəbbüsü təxirə düşüb.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir. Yaxın günlərdə həmin alçaq dağları yaradanların onminlərlə insana necə zülm etməsinə dair detallı olaraq məlumat verəcəyik.(gündəminfo.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? - Video

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

İran dövlət radio və televiziyasının Azərbaycanda ofisi bağlandı - Foto

Heyətində vaxtilə ulduz futbolçular olan məşhur klub İtaliya A Seriyasına qayıtdı

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

Paşinyan: “Növbəti illərdə dövlətimiz həlledici qərarlar qəbul etməli olacaq”

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Gürcüstanda polis etirazçılara rezin güllədən istifadə edib, yaralananlar var - Yenilənib

Avropada rus klassiklərinin nadir nəşrləri kütləvi şəkildə oğurlanıb

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Ən çox oxunanalar