Bazar, 22 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Canni De Byazi: "Cəsarətli olmalıyıq"

“Təəssüflər olsun ki, bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq”...

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Belçika yığmasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl mətbuat konfransında deyib.

67 yaşlı mütəxəssis rəqibin güclü olmasına baxmayaraq, uğurlu nəticə əldə etmək istədiklərini söyləyib: “Nəticə qazanmaq istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadır. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandırlar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik”.

De Byazi “Neftçi”nin müdafiəçisi Höccət Haqverdinin yığmaya çağırılmasına da münasibət bildirib: “O, həmişə bu komandanın üzvü olub. Başa düşürəm ki, bu mövsüm az şans qazanıb. Sizi də anlayıram. Ancaq lazım olsa, Höccətə şans verəcəyik”.

Baş məşqçi hər bir oyunçunun motivasiyalı olduğunu diqqətə çatdırıb: “Sabah “vuruşmağa” və mübarizə aparmağa hazır olmalıyıq. İnkişaf üçün yaşadıqlarımızdan nəticə çıxarmalıyıq”.

O, rəqibin təhlükəli oyunçularının olduğunu diqqətə çatdırıb: “Onların hamısı güclü klublarda çıxış edirlər”.

Qeyd edək ki, sentyabrın 9-da “Dalğa Arena”da reallaşacaq qarşılaşma saat 17:00-da başlayacaq.

Poliqon.info


Etiket: Canni De Byazi


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ağsu Rayon İcra Hakimiyyətində əməliyyat keçirilib, saxlanılanlar var - Yenilənib

Türkiyədə Ərdoğanın vəzifəsini müvəqqəti icra edəcək şəxsin adı açıqlanıb

VII çağırış Milli Məclisin deputatları - Siyahı

VII çağırış Milli Məclisin ilk iclasına sədrliyi Ziyad Səmədzadə edəcək

Azərbaycanda bu qışın sərt keçəcəyi barədə yayılan məlumatlara aydınlıq gətirilib

Sabiq məhkəmə hakimi Psixiatriya Xəstəxanasına göndərildi

Entoni Blinken Prezident İlham Əliyevi və Azərbaycan xalqını təbrik edib

Yevlax sakini avtomobillə qəsdən vurularaq öldürülüb, saxlanılan var

Üç saylı Uşaq evi Sosial Xidmət Müəssisəsi ilə bağlı səslənən iddialar nəzarətə götürülüb - Rəsmi

DİN dələduzluq halları ilə bağlı vətəndaşlara çağırış edib

İsrailin Beyruta endirdiyi aviazərbələr nəticəsində ölənlərin sayı 19-a çatıb

Rusiya nümayəndə heyəti Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsini ziyarət edib - Video

Ən çox oxunanalar