Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bundan da betər sabotajçılıq, islahatlara əngəl yaratmaq ola bilərmi?”

Baş verənlər bir daha göstərir ki növbədənkənar parlanemt seçkiləri hazırda Prezident tərəfindən davam etdirilən islahatlara ciddi, çox böyük dəstək ola bilərdi...

“Xatrılayıram ki, bir müddət öncə növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı yazılanlara münasibət bildirərkən Baş nazirin müavini Əli Əhmədov bunu jurnalistlərin oxucu sayı artırmaq üçün etdiklərini bildirmişdi. İndi baxıram ki, oxucu, izləyici sayını pik nöqtəyə çatdıran deputat Xanhüseyn Kazimlının parlament komitəsindəki çıxışı olub. Deputat bir əndrabadi çıxışı ilə Azərbaycan sosial media sektorunda trendə çevrilib”.

Bu sözləri tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz deyib. Deputatlarla bağlı sərt fikirlər səsləndirən O. Gündüz sözlərinə belə davam edib:

Bir müddət öncə isə borc qalmaqalı ilə üzləşən və deputat mandatından imtina edən başqa bir deputat (Rəfael Cəbrayılov – Red.) sosial mediada trendə çevrilmişdi. Ondan öncə isə vergiləri ödəməyən və dövlət məmurlarına qarşı zor işlədən daha bir deputat (İqbal Məmmədov – Red.) trendə çevrilmişdi.

Buradan belə qənaətə gəlmək olar ki , əslində hörmətli Əli müəllimin arqumentləri ciddi deyil. Yəni, əslində oxucu və izləyici sayını mövcud parlamentin özündə baş verənlər, mövcud deputatların açıqlamaları və hərəkətləri, həmçinin də hərəkətsizliyi artırır.

Ekspert bəzi deputatların ölkədə gedən islahatlara mane olduğunu deyib:

Yeri gəlmişkən , baş verənlər bir daha göstərir ki növbədənkənar parlanemt seçkiləri hazırda Prezident tərəfindən davam etdirilən islahatlara ciddi, çox böyük dəstək ola bilərdi. Cəmi bir neçə aktiv deputatları çıxmaq şərtilə, deputatların xeyli hissəsi, ancaq tormozlamaq, mənfi imic qazandırmaq, kölgə salmaqla məşğuldur.

Bir neçə gün öncə İTV-də deputat Vahid Əhmədovun çıxışını izlədim. Bu çıxış da yaxşı mənada trendə çevrilmişdi. Özüm bu haqda nə qədər yazsam da, birbaşa “mətbəxin” içərisində olan Vahid bəyin haqsız rəqabərtlə, deputat-məmur biznesi ilə bağlı dediklərindən heyrətlənməmək mümkün deyil. Deputat açıq aşkar deyir ki, bu Milli Məclis də, ondan əvvəlki də, həmçinin ondan da əvvəlkilər, 13 il ərzində bilərəkdən, qəsdən Rəqabət Məcəlləsini qəbul etməyə qoymayıblar. Ki, öz bizneslərinə birdən xələl gələr. İndi görün bu cür qüdrətə malik deputatlar bü 13 il ərzində qəbul edilən qanunlara öz bisneslərini qorumaq, inhisarçı mühit formalaşdırmaq üçün nə qədər A, B C, maddələri əlavə edə biliblər.

Növbədənkənar seçkilərin əleyhinə olanlaradır sözüm. Bundan da betər sabotajçılıq ola bilərmi? Bundan da betər islahatlara əngəl yaratmaq ola bilərmi?. Görünür, Prezident də artıq 13 il bu məcəlləni rədd edən Milli Məclisdən əlini üzdüyünə görə, hədsiz sərt formada mesajlar vermiş, islahatları sürətləndirmək üçün nazir Mikayıl Cabbarova inzibati üsullarla, “top-tüfənglə”də olsa, inhisarçılığa, haqsız rəqabət aparanlara qarşı amansız olmağı tapşırmışdı. Məcəllə, qanunlar olmayanda, zatən başqa yol da qalmır.

Anlamıram ki, bu deputatalar daha necə maneçilik etməlidirlər, necə əngəllər yaratmalıdırlar, hansı hərəkətlərə yol verməlidirlər ki, növbədənkənar parlament seçkiləri qaçılmaz olsun”.(yeni sabah)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar