Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ölkədə bütün ictimai nəqliyyat pulsuz olacaq

Lüksemburqda 2020-ci il martın 1-dən etibarən bütün ictimai nəqliyyat vasitələri ödənişsiz olacaq

Bu barədə Lüksemburqun nəqliyyat naziri Fransua Bauş bəyan edib. Onun sözlərinə görə, 2020-ci ilin 1 martından başlayaraq ölkə əhalisi üçün avtobus, tramvay və şəhərətrafı elektrik qatarlarından istifadə pulsuz olacaq.

“Bu, hərtərəfli nəqliyyat strategiyası tortunun üzərindəki gilasdır”, - deyə nazir maraqlı açıqlama verib. Həmçinin vurğulayıb ki, yalnız şəhərətrafı qatarların birinci sinif vaqonlarında gediş ödənişli olaraq qalacaq.

Azvision.az bildirir ki, ictimai nəqliyyat vasitələrinin əhaliyə ödənişsiz rejimdə xidmət göstərməsi üçün Lüksemburq hökuməti hər il büdcədən 41 milyon avro ayıracaq. Ekspertlərə görə, hazırda cəmi 602 min əhalisi olan (Bunun da 48 faizi əcnəbilərdir) Lüksemburq kimi ölkələrdə ictimai nəqliyyatın pulsuz olması hansısa böyük iqtisadi çətinliklər yaratmır. Lakin çoxmilyonlu əhaliyə sahib ölkələrdə bu kimi təşəbbüslər ictimai nəqliyyatda sıxlıq, nəqliyyat vasitəsi çatışmazlığı və büdcədən böyük xərclər kimi problem yarada bilər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar