Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il ölkənin hava limanlarında 5 milyona yaxın sərnişinə xidmət göstərilib

2022-ci ilin əvvəlindən Azərbaycanın əsas hava limanı - Heydər Əliyev Beynəlxalq Aeroportunda 4,04 milyon sərnişinə xidmət göstərilib...

PİA.az AZAL-ın yaydığı məlumata istinadən xəbər verir ki, ümumilikdə göstərilən müddət ərzində ölkənin hava limanlarında beş milyona yaxın sərnişinə xidmət göstərilib.

Cari ilin noyabr ayında Bakı hava limanının xidmətlərindən 375 min nəfər istifadə edib ki, onlardan da 324 mini beynəlxalq reyslərin sərnişinləridir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin aviaşirkəti və “Buta Airways” aşağıbüdcəli sərnişin aviaşirkəti tərəfindən noyabr ayında beynəlxalq istiqamətlərdə müvafiq olaraq 91 min və 45 min sərnişinə xidmət göstərilib. Qeyd edilən aviaşirkətlərin beynəlxalq daşımaların ümumi sayında payı müvafiq olaraq 28% və 14% təşkil edib.

2022-ci ilin noyabr ayında Heydər Əliyev Beynəlxalq Aeroportuna 28 xarici aviaşirkət müntəzəm uçuşlar həyata keçirib. Ən çox sərnişin, AZAL və “Buta Airways” ilə yanaşı, “Türkish Airlines”, “Aeroflot”, “Utair”, “FlyDubai” və “Azimuth” aviaşirkətləri tərəfindən daşınıb.

Ötən ay Bakıdan ən populyar beynəlxalq istiqamətlər onluğuna Moskva, İstanbul, Dubay, Tbilisi, Əbu-Dabi, Şarca, Daşkənd, Mineralnıye Vodı, Ciddə və Ankara daxil olmuşdur. Ümumilikdə bu istiqamətlər üzrə 225 min nəfərə xidmət göstərilib.

Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA: GYD) sərnişin və yük daşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük kompleksinin tutumuna görə Azərbaycanın və regionun ən böyük hava limanıdır.

Nüfuzlu “Skytrax” beynəlxalq agentliyi tərəfindən Bakı hava limanı ən yüksək “5-ulduz” reytinqinə, həmçinin COVID-19 pandemiyası dövründə epidemioloji təhlükəsizlik üzrə maksimal reytinqə layiq görülüb.

Cari ilin iyun ayında Heydər Əliyev Beynəlxalq Aeroportu nüfuzlu “Skytrax” beynəlxalq agentliyinin versiyasına görə ardıcıl olaraq beşinci dəfə MDB ölkələri sırasında ən yaxşı hava limanı statusunu təsdiqləyərək Skytrax World Airport Awards mükafatına layiq görülüb. Qeyd edilən mükafat mülki aviasiya sahəsi üçün keyfiyyət meyarıdır.

pia.az


Etiket: AZAL


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar