Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün FİFA 2016-cı ilin ən yaxşı oyunçusunun adını açıqlayacaq


Bu gün FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayacaq


Mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçiriləcək. (Report)

Tədbirdə ilk dəfə ən yaxşı azarkeş qrupu mükafatlandırılacaq. Mükafat uğrunda Hollandiyanın "Den Haq", Almaniyanın "Borussiya" (Dortmund), İngiltərənin "Liverpul" klublarının və İslaniya yığmasının azarkeşləri mübarizə aparır. Qalibi sabiq futbolçular – Zvonimir Boban, Marta, Qabriel Batistuta, ingiltərəli hakim Hovard Uebb və isveçrəli məşqçi Vladimir Petkoviçdən ibarə ekspert qrupu müəyyənləşdirəcək.

İlin ən yaxşı kişi baş məşqçisi adına uğrunda sonuncu İngiltərənin çempionu "Lester"dən Klaudio Ranyeri, AVRO-2016-nın qalibi olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş və İspaniya "Real Madrid"ində çalışan Zinəddin Zidan arasında ciddi mübarizə gedir.

Daha gərgin mübarizə isə ötən ilin ən yaxşı futbolçusu adı uğrunda gedir. Mükafata namizədlərin hər üçü İspaniya La Liqasında çıxış edir. Bunlar "Real Madrid"dən Kriştianu Ronaldu, "Barselona"dan Lionel Messi və "Atletiko"dan Antuan Qrizmanndır. Artıq Ronaldu və Messi hərəyə bir dəfə bu ada sahib çıxıb.

Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheycdən (İsveç) biri isə ilin ən yaxşı qadın baş məşqçisi adına sahib çıxacaq. 2016-cı ilin ən yaxşı qadın futbolçusu adına almaniyalı Melani Beringer, braziliyalı Marta Vieyra da Silva və ABŞ-dan Çarli Llyod namizəddir.

Gecədə təqdim olunacaq Puşkaş mükafatına namizədlər braziliyalı Marlon, venesuelalı Daniuşka Rodriges və malayziyalı Mohd Faiz Sabridir.

Bu nominasiyalarla yanaşı ilin simvolik "11-liy"i açıqlanacaq və "fair-play" mükafatı sahibini tapacaq.

Bakı vaxtı ilə saat 21:30-da başlanacaq tədbirin aparıcıları tanınmış amerikalı aktrisa Ava Longoria və almaniyalı spiker Marko Skreyl olacaq.

Qeyd edək ki, müsabiqə 2009-cu ildə Fransanın "France Football" nəşrinin təqdim etdiyi "Qızıl top" mükafatı ilə birləşdirilib. Lakin bu ildən mükafatlar ayrılıqda təqdim olunur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar