Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün bürcünüz nələr vəd edir?


Dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edirik


Qoç -  uğurlu, sakit, əlverişli gündür. Mühüm məsələlərin həllini təxirə salmayın. Astagəl və süst olmayın. İkinci dərəcəli işlərə həddən ziyadə önəm verməyin. Belədə əlverişli anı və şansı əldən verə bilərsiniz.
Günün ikinci yarısı yarımçıq işlərin tamamlanması, şəxsi münasibətlərdə və karyerada yeni imkanların aranması üçün münasib zamandır. Dəyər verdiyiniz insanla təmaslarda səmimi olun. Onu anlamağa çalışın.
Kobudluq münasibətləri korlaya bilər.

Buğa - yarımçıq işləri bitirməyincə yeni işlərə başlamayın. Əvvəlki günlərdə fərqli olaraq qarışıq, laübəli zamandır. İşdə problemlər yarana bilər. Yaxın ətrafınızdakı insanlar təşəbbüskar olmağınıza adət ediblər.
Çətin situasiyada lider olun.
Günün ikinci yarısında işlərinizi başqalarına həvalə etməyin. Evdə işlər artıb. Nə etməyin gərəkdiyini bilin, çaşıb qalmayın. Gəlirlər istisna deyil.

Əkizlər - kollektiv fəaliyyətin daha çox nəticə verəcəyi zamandır. Təkbaşına işləmək və ətrafdan könüllü təcrid olmaq fəaliyyətin intensivliyini aşağı salacaq. Təcrübəli insanın məsləhətlərindən yararlanın. 
Günün ikinci yarısında mövqeyinizdə əhəmiyyətli dəyişikliklər etməyin. İşdə tapşırıqları və sifarişləri vaxtında yerinə yetirin. Sevdiyiniz insanla qaba davranmayın. Kiçik anlaşılmazlıqlar müvəqqətidir.
Axşam saatlarında gəzintiyə çıxın.

Xərçəng - gərgin, mürəkkəb gündür. Səbr kasanız asanlıqla daşmasın. Ən xırda məsələlərə qıcıqlansanız, bədxahlarınız bundan istifadə edəcəklər. Şübhəli insanlara inanmayın, onların sizinlə manipulyasiya etməsinə imkan verməyin.
Günün ikinci yarısında düşünülməmiş, tələsik qəbul ediləcək qərarlar işgüzar əlaqələrə və şəxsi münasibətlərə pis təsir edə bilər.
Əşyalarınız, pullarınız və sənədlərinizi diqqət mərkəzində saxlayın. Mühüm nəyisə itirmək və ya oğurluq qurbanına dönmək riski var. Adi günlərdən fərqli olaraq işlər çoxdur. Daha gərgin çalışmaq məcburiyyətindəsiniz.

Şir - səhər saatlarından etibarən əhvalınız pis olmayacaq. Potensialınıza və qüvvənizə güvənin. Görəcəyiniz işin incəliklərini anlayın, detallarını ayırd edin. 
Günün ikinci yarısında potensialınızın anlaşılması problemləri sürətlə həll etməyə imkan verəcək. Fərdi potensialınızı göstərin. Məişət qayğıları artacaq. Problemlərin sayı artır.
Axşam saatlarında stressdən qurtulun. Ağır fiziki işi təxirə salın.

Qız - problemlərin sayı artır. Təcili görülməsi gərəkən işlər də az deyil. Yaxınlarınızın verəcəyi dəstək fəaliyyətinizdə yaxşı motivasiya rolunu oynayacaq. Ambisiya və istəklərinizdə reallıq hissini itirməyin.
Günün ikinci yarısında rəqiblərinizi diqqətlə, amma ustalıqla, onları duyuq salmadan müşahidə edin. Tərəfdaşı həddən artıq ideallaşdırmayın. Onun nöqsanlarını və çatışmayan cəhətlərini görməyi bacarın.
Axşam saatlarında gəzintiyə çıxın.

Tərəzi - daha enerjili, aktiv olun. Süstlüyə qapılmayın, rəqiblərin sizi üstələməsinə imkan verməyin. Özünüzə qapansanız, gərəkli nəticələr əldə edə bilməyəcəksiniz. Tənhalıqda özünüzü çox yaxşı hiss edəcəyinizi düşünməyin.
Günün ikinci yarısında maraqlı ideya və fikirləri unutmayın. Belə ideyalardan biri yaxın gələcəkdə əhəmiyyətli gəlir verə bilər.
Axşam saatlarını sevdiyiniz insanlara, dəyər verdiyiniz şəxslərə həsr edin.

Əqrəb - çoxdan bəri başa vurmaq istədiyiniz işi bitirmək, istəyinizi reallaşdırmaq üçün əlverişli zamandır. Şərtlər lehinizədir. Perspektiv layihəyə başlamaq olar. Özünüzdən bədgüman olmayın ki, qarşınızda duran öhdəlik və tapşırıqları gerçəkləşdirə biləsiniz.
Günün ikinci yarısında yaranan qarışıq situasiyada çaş-baş qalmayın. Təcrübəli insandan məsləhət almaq olar. Eksperimentlərə aludə olmayın. Sınanmış metodlar və işlək vasitələr daha effektivdir.
Axşam saatlarında normal istirahət edin.

Oxatan - pis gün deyil, amma ehtiyatı əldən verməyin. Dünən başlamış hadisələr davam edəcək. Fəsadları aradan qaldırın, yanlışlıqları çözün. Neqativ fikirlərə qapılmayın. 
Günün ikinci yarısında fəaliyyətinizin maliyyə məqamlarına xüsusi fikir verin. Hesablamalarda yanılmayın. Xərcləriniz gəlirlərinizdən artıq olmamalıdır.
Axşam saatlarında səhhətinizə fikir verin.

Oğlaq - maraqlı, hadisələrlə zəngin gündür. Risklərə, avantüralara meylli olmayın. Səbrli və təmkinli davransanız, məqsədə doğru əhəmiyyətli irəliləyişə nail olacaqsınız.
Günün ikinci yarısında vəzifənin artması, maaşınızın məbləğinin yüksəldilməsi ilə bağlı danışıqlar aparmaq olar. Sərfəli təkliflər istisna deyil. Həmkarlarınızı sonadək dinləyin. Gəlir mənbələrini daha çeşidli edin.
Axşam saatlarına yaxın yalnız bəxtə belə bağlayıb qərar verməyin. Ailənizə daha çox vaxt ayırın.

Dolça - günün ilk yarısı pozitiv emosiyalar vəd edir. Rutin işləri maraqlı məşğuliyyət əvəzləyəcək. Situasiyanın əlverişli olması gərəkli insanlarla əlaqələri asanlıqla yaratmağa imkan verəcək. Cari problemlərin həllində hövsələli olun.
Günün ikinci yarısında sayıq olun. Yeni tanışlara inanmayın, şirin vədlərə aldanmayın. Mübhəmləri bölüşməyə tələsməyin. Qarşı tərəfin fikir və istəklərini qulaqardına vurmayın.

Balıqlar - günün ilk yarısından etibarən kreativ ideyaları reallaşdırmağa başlayın. Diqqətli olsanız, işlərinizdə ciddi uğur qazanacaqsınız. Qüvvənizə və potensialınıza şübhə etməyin.
Günün ikinci yarısında cari işlərin öhdəsindən sürətlə gələ bilərsiniz. Yeni layihəyə başlasanız, rəhbərlik bunu müsbət qiymətləndirəcək. Yaxınlarınızın tənqidinə sərt reaksiya verməyin. Yaşananlara obyektiv baxın. Uğurlarınızı və imkanlarınızı real dəyərləndirin. (milli.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar