Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu ərazilərdə ev tikmək qadağandır


“Azərbaycanda torpaq sürüşməsinin aktivləşməsinə təsir edən amillərdən biri də insanların sürüşməyə həssas sahələrdə ev tikməsidir”


Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib.

O qeyd edib ki, ETSN-in Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyası respublika ərazisində olan sürüşməyə həssas sahələr haqqında albom tərtib edib.

R.Həsənov bildirib ki, Bakı şəhəri və Abşeron yarımadası üzrə 14 sürüşmə təhlükəsi olan sahə mövcuddur: "Bu məlumatlar müvafiq qurumlara, yerli icra orqanlarına çatdırılıb. Həmin məlumatlardan istifadə edilməlidir".

R.Həsənov deyib ki, bu sahə ilə bağlı maarifləndirmə işləri aparılmalıdır: "Vətəndaşlara ev tikərkən ərazinin təhlükəli olduğunu bildirib qadağa qoymaq bizim səlahiyyətimizdə deyil. Bu məsələdə müvafiq qurumlar məsuliyyət daşıyır. Maarifləndirmə işi zəifdir, əhali də, demək olar, maraqlanmır ki, hansı ərazilərdə ev tikmək olar. Vətəndaşlar ərazilərlə bağlı tam məlumatlı olmadan evlər tikir, sonra da problemlərlə üzləşirlər".

Ekspedisiyanın dəstə rəisi vurğulayıb ki, tikintinin norma və qaydaları var: "Müəyyən maillilik dərəcəsi var, bu maillilik dərəcəsinə qədər olan yerlərdə ümumiyyətlə tikinti tikmək qadağandır. Ancaq bəzən iki dəfə normadan artıq mailliliyə malik yamacda ev tikirlər. 60-70 dərəcə maillilik olan yamacda, hətta yamacı kəsib ev tikirlər. Sonra isə həmin ərazilərdə sürüşmə olur, evlər uçur. Təbiətə nə qədər müdaxilə edirsənsə, təbiət də onun qarşılığında cavab verir. Əgər yamacı kəsib orada ev tikilirsə, əlbəttə, bunun fəsadları da olacaq". (trend)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Qırğızıstanda faciə: Yük maşını 30-a yaxın uşağın üstündən keçib

Ən çox oxunanalar