Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Britaniya şirkəti Azərbaycandakı yataqlardan əldə etdiyi gəlirləri açıqladı

Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyatını həyata keçirən “Anglo-Asian Mining Plc” şirkəti 2021-ci ilin birinci rübünə dair hesabat verib.

Oxu.Az-ın şirkətdən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin birinci rübündə şirkət 22,9 milyon dollar gəlir əldə edib.

2021-ci ilin ilk üç ayı ərzində şirkət tərəfindən 11 min 907 unsiya həcmində qızıl hasil edilib. Qızıl hasilatı 2020-ci ilin birinci rübü ilə müqayisədə 24,9 faiz azalıb. Müvafiq dövrdə 638 ton mis hasil edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz çoxdur. Həmçinin bu dövrdə 35 min 365 unsiya həcmində gümüş hasil edilib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 faiz azdır.

Əlavə edilib ki, “Anglo-Asian Mining Plc” birinci rüb üzrə gəlirlərindən 1,7 milyon dollar dividend ödəyib. 31 mart tarixinə şirkətin ümumi 15,2 milyon dollar olmaqla, 9,7 milyon dollar dəyərində 5 min 592 unsiya qızıl və 5,5 milyon dollar dəyərində mis ehtiyatları var.

Qeyd edək ki, “Anglo-Asian Mining Plc” şirkəti Azərbaycanda qızıl, mis və gümüş istehsalı və kəşfiyyat aktivləri portfelinə sahibdir. Şirkətin baş qərargahı Böyük Britaniyanın London şəhərində yerləşir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar