Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Boşanmalara tətbiq edilən yeni sistemə hazırıqmı?

Mediasiya mexanizmi boşanmaların azalmasına, ən əsası cütlüklərin daha yumşaq və ailə üzvlərinin psixologiyasına ziyan vurmadan dostcasına ayrılmalarına müsbət təsir edə bilərmi?

Lalə Mehralı: “Hər boşanmaq istəyəni boşamaq doğru deyil”

İlahə Dadaşova: Təklif edilən sistemin hamıya tətbiq olunması doğru deyil. Hesab edirəm ki, bu məsələdə seçicilik prinsipi olmalıdır”.

Azərbaycanda boşanmaq istəyənlərlə bağlı yeni qanun təklif olunur. Qanun layihəsinə əsasən, tərəflər iqtisadi mübahisələr, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyasında iştirak etməlidirlər.

Layihədə qeyd edilir ki, ailə münasibətlərindən irəli gələn bir sıra məsələlər - nikahın davam etdirilməsi şərtləri, valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası, uşağın yaşayış yerinin müəyyən edilməsi, uşağın və əmək qabiliyyətli olmayan digər ailə üzvlərinin saxlanılması qaydası, ailə münasibətlərindən irəli gələn digər mübahisələr mediasiya vasitəsilə həll edilə bilər.

Görəsən, mediasiya mexanizmi boşanmaların azalmasına, ən əsası cütlüklərin daha yumşaq və ailə üzvlərinin psixologiyasına ziyan vurmadan dostcasına ayrılmalarına müsbət təsir edə bilərmi? Ümumiyyətlə, cəmiyyətimiz boşanmamaq üçün mediasiya mexanizm kimi layihələrə hazır hesab oluna bilərmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı “Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist, sosioloq Lalə Mehralıpsixoloq İlahə Dadaşovanın fikirlərini öyrənib.

Lalə Mehralı: “Biz cəmiyyət olaraq, mediasiya mexanizmi kimi layihələrə özümüzü hazır etməliyik”.

İrəli sürülən təklifin reallaşması fonunda müsbət nəticələr verəcəyini ehtimal edə sosioloq Lalə Mehralının fikrincə, bu cür mexanizmlərin tətbiqinə ehtiyac var:

“Düşünürəm ki, boşanmalarla bağlı irəli sürülən təklifin həyata keçirilməsi müsbət addım olar. Çünki boşanmadan öncə psixoloji yardımla yanaşı, mediasiya mexanizmin tətbiqi də gözlənilən nəticəni verə bilər. Hər boşanmaq istəyəni boşamaq doğru deyil. İstənilən hakimdən soruşsanız, havadan, sudan səbəblərlə boşanan şəxslərin var olduqlarını biləcəksiniz. Ona görə də boşanmadan öncə mediasiya sessiyasında iştirak etmək və problemi ümumilikdə müzakirə etmək lazımdır.

Biz cəmiyyət olaraq, mediasiya mexanizmi kimi layihələrə özümüzü hazır etməliyik. Əgər cəmiyyətin hazır olmasını gözləsək, boşanmaların sayı getdikcə artacaq. İnsanların boşanmadan öncə yüz ölçüb-bir biçməyini cəmiyyətə alışdırmaq lazımdır. Bu baxımdan mediasiya mexanizminin tətbiqi vacibdir” .

İlahə Dadaşova: “Əslində boşanmaq istəyən şəxs məhkəmədən öncə ailə psixoloquna müraciət etməlidir”.

Boşanmaların qarşısını almaq üçün ailə psixoloquna müraicət edilməsinin də müsbət nəticə verdiyini vurğulayan psixoloq İlahə Dadaşova görə, təklif edilən yeni qanunun hər kəsə şamil edilməsi doğru addım olmaz:

“Fikrimcə, mövcud vəziyyətdə boşanmaların qarşısının alınması üçün görülən işlər təqdirəlayiqdir. Lakin təklif edilən sistemin hamıya tətbiq olunması doğru deyil. Hesab edirəm ki, bu məsələdə seçicilik prinsipi olmalıdır. Məsələn, şiddətə görə boşanan ailəni barışdırmaq doğru deyil. Burada fərdi tədbir görülməlidir. Psixoloji, lazım gələrsə, psixiatrik müayinə və müalicələr də həyata keçirilməlidir.

Əslində boşanmaq istəyən şəxs məhkəmədən öncə ailə psixoloquna müraciət etməlidir. Çünki problem böyüməmişdən əvvəl ailə psixoloquna müraciət etmək problemin həllinə müsbət təsir edir. Təəssüflər olsun ki, əksər insanlar iş işdən keçəndən sonra psixoloq yanına gedirlər. Bütün hallarda isə problemli tərəfin məcburi müalicəyə cəlb olunması daha önəmlidir. Tutaq ki, əri alkoqolizmdən əziyyət çəkdiyi üçün qadın boşanmaq istəyir. Bu halda tərəfləri barışdırmağa çalışmaq işəyarar bir üsul deyil. Ən optimal üsul problemli tərəfin müalicəyə celb olunmasıdır” .

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Yaşar Ağazadə şantaj ittihamı ilə həbs olundu

Ən çox oxunanalar