Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell və Abdullahian İrana qarşı sanksiyaların ləğvini müzakirə ediblər

İranın xarici işlər naziri və Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi İrana qarşı sanksiyaların ləğv edilməsini müzakirə ediblər…

PİA.az xəbər verir ki, bu barədə dekabrın 21-də IRNA məlumat yayıb.

IRNA bildirir ki, İran sanksiyalarının ləğvi və nüvə sazişinin bərpası məsələlərini İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Avropa İttifaqının xarici işlər naziri Cozep Borrell, onun müavini Enrike Mora müzakirə ediblər.

İranın xarici işlər naziri görüş barədə İraqla bağlı konfransda iştirak etdiyi Əmmana səfərinin sonunda jurnalistlərə verdiyi brifinq zamanı məlumat verib. O, Bildirib ki, konfrans çərçivəsində Aİ nümayəndələri ilə görüş baş tutub.

Abdullahian deyib ki, Borrell və Mora ilə iki saatlıq görüşü olub. Görüş zamanı iranlı diplomat nüvə sazişinin bərpası ilə bağlı “Amerika tərəfinin ikiüzlü bəyanatlarını” pisləyib. İranlı diplomat vurğulayıb ki, Amerika Birləşmiş Ştatlarının atdığı addımlar danışıqlar masasında diplomatların dediyi sözlərlə üst-üstə düşmür.

Əmir Abdullahian vurğulayıb ki, ABŞ dəfələrlə nüvə sazişinə geri dönməklə bağlı bəyanat versə də, əslində sazişə qayıtmaqdan yayınır və müxtəlif üsullarla sazişin bərpasını əngəlləyir.

İranlın xarici işlər naziri qeyd edib ki, Tehran sazişin bütün tərəflərinin problemə real baxışa qayıtmasına ümid edir. Əgər Qərb İranın qırmızı xətlərini izləsə, Tehran sazişin bərpası istiqamətində son addımları atmağa hazırdır.

Xatırladaq ki, ABŞ və Qərb ölkələri Vaşinqtonun 2018-ci ildə İranla nüvə sazişindən çıxmasından sonra İrana qarşı sanksiyalar tətbiq etməyə başlayıb.

2021-ci ilin aprel ayından etibarən Vyanada İranın nüvə proqramına dair Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) bərpası üçün danışıqlar aparılır. Müqavilə 2015-ci ildə İran, Fransa, Böyük Britaniya, Almaniya, Çin, RusiyaABŞ arasında bağlanıb. Tehran Qərbin sanksiyalarının ləğvi müqabilində nüvə proqramını məhdudlaşdıracağına söz verib.

2018-ci ildə ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada ölkəsinin JCPOA-dan çıxması ilə bağlı qərar verib və İrana qarşı yeni sanksiyalar tətbiq edib. Öz növbəsində Tehran sazişi ləğv edilmiş hesab edib və nüvə proqramının inkişafına yenidən start verib. Co Bayden Ağ Evə gəldikdən sonra ABŞ Vyanada JCPOA-nın bərpası ilə bağlı aylarla davam edən uğursuz danışıqlar aparıb, lakin hələ ki, ümumi razılığa gəlinməyib.

Qeyd edək ki, dünən yayılan bir videoda ABŞ prezideti İranla nüvə sazişini “ölü” adlandırıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Ən çox oxunanalar