Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Borrell bundan sonra Yaxın Şərqdə sülh prosesi haqqında danışmayacaq

Avropa diplomatiyasının rəhbəri Cozep Borrell Avropa İttifaqı xarici işlər nazirlərinin Brüsseldə keçirilən görüşündə bildirib ki, o, Fələstin-İsrail münaqişəsi ilə bağlı sülh prosesi mövzusunu bir daha qaldırmayacaq...

Poliqon xəbər verir ki, bu barədə TASS Agentliyinin məlumaında bildirilir. Aİ rəsmisi qeyd edib ki, o, münaqişənin həlli üçün yalnız bir yol görür.

"Mən daha çox sülh prosesi haqqında deyil, yalnız iki dövlətli həlli haqqında danışacağam. Və mən indi ciddiyəm", deyə Borrell bildirib.

Cosep Borrell dəfələrlə fələstinliləri dəstəkləyib və onlar üçün müstəqil dövlət yaradılmasının tərəfdarı olub. Üstəlik, onun fikrincə, Fələstinin yaradılması İsrail üçün təhlükəsizliyin ən yaxşı təminatıdır.

Qeyd edəl ki, bundan əvvəl "Euractiv" Agentliyi Avropa İttifaqı xarici siyasət xidmətinin Qəzza zolağında silahlı münaqişənin həlli üzrə 10 bəndlik planın ilkin variantını hazırladığını yazıb. Sənəddə deyilir ki, "fəal beynəlxalq iştirak olmadan" münaqişə tərəfləri sülh danışıqlarına başlamayacaqlar. Planın bu əsas məqamı ilə əlaqədar olaraq Avropa İttifaqı, ABŞ, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Ərəb Dövlətləri Liqası və BMT-nin iştirakı ilə "hazırlıq sülh konfransı"nın keçirilməsinin zəruriliyi göstərilir.

Sənəddə qeyd olunur ki, konfransdan sonra onun iştirakçıları bir il ərzində yekun danışıqlar üçün münaqişə tərəflərinə təqdim olunacaq sülh planının çərçivəsini hazırlayacaqlar. Avropa İttifaqı sənədinin başqa bəndində fələstinlilərin HƏMAS-a siyasi alternativə ehtiyacı olacaq və İsrail hakimiyyəti sülh danışıqlarında iştirak etmək üçün "siyasi iradə" nümayiş etdirməli olacaq.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar