Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

BMT Baş Assambleyası Azərbaycanın qətnaməsini qəbul etdi

Sosial, humanitar və mədəniyyət məsələləri üzrə BMT Baş Assambleyasının üçüncü komitəsi cümə günü konsensus əsasında Azərbaycanın da müəlliflərdən biri olduğu “İtkin düşmüşlər” qətnaməsini qəbul edib

Sənədin layihəsini təqdim edən Azərbaycan nümayəndəsi qeyd edib ki, dövlətlər bu məsələni bütövlükdə həll etməlidir. Eyni zamanda itkin düşmüş uşaqlara xüsusi diqqət yetirilməsinə çağırış edilib, qurbanların ailələrinə diqqətin vacibliyi vurğulanıb.

Ermənistan nümayəndəsi bəyanatında silahlı münaqişələr zamanı humanitar fəaliyyətin vacibliyini vurğulayaraq, ölkəsinin “mühüm təkliflərinin” qətnamənin yekun layihəsində “kifayət qədər” əks olunmadığından təəssüfünü bildirib.

Qeyd edək ki, “İtkin düşmüşlər” qətnaməsinin yenidən baxılan layihəsinin müəllifləri Azərbaycan, Belarus, Braziliya, Cibuti, Qazaxıstan, Paraqvay və Çilidir.

Sənəddə BMT BA silahlı münaqişəyə cəlb olunan tərəfləri insanların itkin düşməsinə gətirib çıxaran vəziyyətlərin yaranmaması üçün bütün zəruri tədbirlərin görülməsinə; belə vəziyyətlər nəticəsində itkin düşmüş hesab edilən şəxslər barəsində məlumatları dəqiqləşdirməyə və fakt təsdiqləndiyi halda qanun pozuntusunun hərtərəfli, operativ, qərəzsiz və səmərəli tədqiqatlarının keçirilməsi üçün müvafiq tədbirlərin görülməsinə; beynəlxalq hüquq çərçivəsində öhdəliklərinə uyğun olaraq günahkarların məhkəməyə cəlb olunmasını təmin etməyə çağırır.

BMT BA “silahlı münaqişəyə cəlb olunan tərəfləri beynəlxalq öhdəliklərinə uyğun olaraq insanların itkin düşməsi hallarının aydınlaşdırılması üçün, o cümlədən informasiya mübadiləsi, zərər çəkənlərə yardım göstərilməsi, itkin düşmüşlərin şəxsiyyətinin və harada olmasının təyin edilməsi, insan qalıqlarının tapılması, tanınması və qaytarılması, mümkün olduğu halda isə dəfn yerlərinin üzə çıxarılması, xəritədə qeyd edilməsi və mühafizəsi məsələlərində əməkdaşlığa çağırır”.

Qətnamə çərçivəsində BMT BA sözügedən məsələyəi 75-ci sessiyasında baxmağa qərara alıb.
Azərbaycanın hərbi əsirlər, girovlar və itkin düşmüş vətəndaşların məsələləri üzrə Dövlət Komissiyasının məlumatına görə, Dağlıq Qarabağ Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində 3888 nəfərin (onlardan 718 nəfər mülki vətəndaş), o cümlədən 71 uşağın, 266 qadının, 326 qocanın itkin düşməsi qeydə alınıb.

Əsirlikdə hələ də 871 azərbaycanlı qalmaqdadır ki, onlardan 267-ci mülki vətəndaşdır, o cümlədən 29 uşaq, 98 qadın, 112 qoca.

Erməni əsirliyindən 1480 nəfər azad edilib. (oxu.az)

pia.az


Etiket: BMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Türkiyənin bütün bölgələrində Azərbaycan Mədəniyyət Günləri keçiriləcək

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Niyə körpələrə yumurta ağı vermək olmaz? - İshal ola bilər

Ən çox oxunanalar