Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bir mağazamız vardı, bütün oxucuları üzdən tanıyırdıq... – Nigar Köçərli

"Getdikçə daha da çox qazanırıq, öyrənirik”.

Bunu "Əli və Nino” dükanları şəbəkəsinin rəhbəri Nigar Köçərli deyib. Onun sözlərinə görə, bu uzun yolda qazandıqları itirdiklərindən çox olub:

""Əli və Nino”nun bu gün 15 yaşı tamam olur. Bayramımızdır. 15 il öncə Fəvvarələr meydanında olan ilk dükanımızı açdıq. Uzun bir yoldur. Hesab edirəm ki, çox maraqlı bir yoldur. Biz oxucularımıza heç vaxt müştəri gözü ilə baxmamışıq. Açığı, artıq 15 ili başa vurçağımız bizə də qəribə gəldi. Bu illər ərzində çox şey qazandıq. Deməzdim ki, nəyisə itirdik, əksinə qazandıqlarımız itirdiklərimizdən çox oldu. Getdikçə daha da çox qazanırıq, öyrənirik. Çalışırıq ki, daha da mükəmməl olaq".

Nigar Köçərli "Əli və Nino”nun keçirdiyi Milli Kitab Mükafatı müsabiqəsinin qaldığı yerdən davam edəcəyini də qeyd edib:

"MKM Azərbaycan ədəbiyyatında ilk böyük layihə oldu. Belə layihələrin davamlı olmasını çox istərdim. Təkcə MKM deyil, digər müsabiqələr də keçirilsin. Hər bir yazıçı üçün vacib məqam onun kitabının oxunmasıdır. Kitab haqqında rəy yazsınlar, tənqid olunsun, tərifləsinlər və s. Üstəlik pul mükafatı da varsa, bu, lap yaxşıdır. MKM çox maraqlı bir layihədir. Layihə davam edəcək, sadəcə, sponsorlara ehtiyacımız var. Sponsor axtarışındayıq. Bu prosesi həll edəndən sonra davam edəcəyik”.

Dükan sahibinin fikirincə, Azərbaycanda kitaba olan laqeyd münasibət əvvəllər olduğu kimi qalmaqda davam edir:

"Laqeydlik davam edir, ikinci bir tərəfdən isə proses dəyişilir. Bir mağazamız vardı, bütün oxucuları üzdən tanıyırdıq. Oxucu auditoriyası hədsiz zəif idi. Bütün ölkədə 100-200 oxucu vardı. İndi isə bizim böyük auditoriyamız vardı. Amma yenə də oxucu sayı çox azdır. Hesab edirəm ki, Azərbaycan üçün hardasa 1500 kitab mağazası olmalıdır. Bu, belə deyil və inanmıram ki, yaxın gələcəkdə vəziyyət dəyişə. Bir necə problem var. Ancaq yenə də ümidimi itirmirəm”.

Nigar Köçərli deyir ki, 15 il əvvəlki oxucu ilə bugünkü oxucu arasında böyük fərq var:

"Əvvəllər rus dilində oxuyurdular, Azərbaycan dilində oxuyanlar az idi. Üstəlik kitab da az idi. Vəziyyət dəyişilir. Biz "Qanun” Nəşrlər Evi ilə birlikdə bazara yeni kitablar təqdim edirik. Oxucular çoxalır. Mənim ən böyük arzum odur ki, bütün Azərbaycanın hər yerində kitab dükanları olsun. Hamıya yaxın olan bir yerdə kitab mağazalarının olması müsbət haldır”.(hit.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Ən çox oxunanalar