Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvarlı fermerlər çətin vəziyyətə düşüblər - Foto

Biləsuvar rayonunda pomidorun qiymətinin kəskin azalması fermerləri çətin vəziyyətə salıb

Bu barədə “Report”un yerli bürosuna bir qrup fermer məlumat verib.

Onların sözlərinə görə, bu il sahələrdə məhsul bol olsa da, onu normal qiymətə sata bilmirlər:

“Odur ki, məhsul sahələrdə qalır və yararsız vəziyyətə düşür. Hazırda pomidorun bir kiloqramını bizdən 20 qəpiyə istəyirlər. Bu qiymət isə çəkdiyimiz xərci - işçilərin pulunu belə ödəmir. Heç olmasa, məhsulun kiloqramını 50 qəpiyə sata bilsək, bəlkə, xərclərimizi qarşılaya bilərik. Biz hələ qazancımızı demirik. Ümid edirik ki, gələn ay - payızqabağı məhsulumuz bir az bahalaşar”.

Kənd Təsərrüfatı Nazirliyinin Biləsuvar Dövlət Aqrar İnkişaf Mərkəzində fermerlərin problemlərindən xəbərdardırlar. Mərkəzdən bildirilib ki, builki əkin mövsümündə rayonda 603 hektar sahədə pomidor əkilib:

“Məhsul, əsasən, rayonun Əsgərabad, Amankənd, Ağalıkənd, Ağayrı və Səmədabad kəndlərində becərilib. Məhsulun bol, alıcılıq qabiliyyətinin zəif olması, xarici bazara çıxış imkanlarının məhdudluğu, eləcə də tədarük məntəqələrinə və iri şəhərlərə fermerlərin birbaşa çıxışının məhdud olması pomidorun ucuzlaşmasına gətirib çıxarıb. Vəziyyətdən çıxış yolu yalnız yeni tədarük məntəqələrinin yaradılması, məhsulların birbaşa fermerlərdən alınması ola bilər”.

Fotolar

Poliqon.info 


Etiket: Pomidor


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Qırğızıstanda faciə: Yük maşını 30-a yaxın uşağın üstündən keçib

Ən çox oxunanalar