Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Jurnalistlər Şurası Fransadan açıqlama tələb edir

Dünyanın 64 ölkəsində təmsilçisi olan Beynəlxalq Jurnalistlər Şurasının Xarici Media Məclisi Fransada azərbaycanlı jurnalist Aygün Həsənovanın təzyiqlərə məruz qalması ilə bağlı etiraz bəyanatı yayıb...

Qurumun Xarici Media Məclsinin sədri Elşad Eyvazlı "Report"a bildirib ki, media təmsilçisinə qarşı belə bir davranışı kəskin şəkildə qınayırlar.

“Biz jurnalistlərə qarşı hər cür təzyiq və zorakılığı pisləyirik. Ötən gün Azərbaycanın rəsmi media qurumu AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı Aygün Həsənovaya qarşı olan təzyiqlərə görə Fransa hökumətindən açıqlama istəyirik", - o əlavə edib.

E.Eyvazlı vurğulayıb ki, Fransada qeydə alınmış jurnalistin peşəkar fəaliyyətinə maneə olmaq halı beynəlxalq hüquq və azadlıqların pozulmasıdır:

"Dünyanın siyasi mərkəzlərindən birində belə hal baş verirsə, bu, bütün dünyadakı jurnalistləri məyus edir. Heç bir əsas göstərmədən jurnalistin polis bölməsində saxlanılaraq ölkədən çıxarılmasını jurnalistin informasiya əldə etmək hüququnun məhdudlaşdırılması kimi qiymətləndirir və qınayırıq”.

Qeyd edək ki, Fransanın rəsmi dairələri AZƏRTAC-ın Yeni Kaledoniyaya ezam edilmiş əməkdaşı A.Həsənovanın jurnalist kimi peşəkar fəaliyyətinə yerinə yetirməsinə qanuni əsas göstərmədən maneçilik törədiblər. Jurnalist polis bölməsində saxlanılaraq “arzuolunmaz şəxs” qismində ölkədən çıxarılıb.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Azərbaycana gələn turistlər Bakıdan sonra ən çox hansı əraziyə üstünlük verirlər? 

Netanyahu Baydendən BCM həbs orderlərinin qarşısını almasını istəyib

Ən çox oxunanalar