Şənbə, 25 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Beynəlxalq Enerji Agentliyi: Rusiyanın neft ixracı 2022-ci ilin fevralında rekord həddə çatıb...

Rusiya 2022-ci ilin fevralından bu yana gündəlik rekord həddə - 8,3 milyon barel ixrac edib...

Poliqon xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında boildirilir. Hesabatda qeyd edilir ki, aprel ayında Rusiyanın neft və neft məhsulları ixracı 2022-ci ilin fevralından bəri ən yüksək həddə olub. İxracaat əvvəlki ayla müqayisədə gündə 50 min barel artaraq 8,3 milyon barel olub. Lakin neft ixracında rekord hədd əldə edilməsinə baxmayarq, Rusiyanın neftdən ixrac gəlirləri isə 27% azalıb.

Rusiyanın neft ixracı aprel ayında gündəlik 50 min barel artaraq gündəlik 8,3 milyon barelə çatıb ki, bu da Ukraynada hərbi münaqişənin başlanmasından bəri ən yüksək göstəricidir”, deyə Agentliyin aylıq hesabatında deyilir.

IEA -nın məlumatına görə, Rusiya neftinin ixracından əldə olunan gəlir əvvəlki aya görə 1,7 milyard artaraq 15 milyard dollara çatıb, lakin bu göstərici bir il əvvəlkindən 27% az olub. Eyni zamanda, Agentlik xatırladır ki, mart ayında illik ifadədə gəlirlərdə azalma daha çox - 40% olub.

IEA aprel ayında neft ixracının sutkada 5,2 milyon barel təşkil etdiyini və 2022-ci ilin may ayından bəri ən yüksək olduğunu açıqlayıb. Asiyanın iki ən böyük istehlakçısı Çin və Hindistan Rusiya xam neftinin alışını müvafiq olaraq gündəlik 2,1 və 2 milyon barrelə çatdırıblar. Aİ-yə gündə 400.000 barel neft ixrac edilir. Avropada Rusiya neftinin alıcıları olan Macarıstan və Slovakiyaya əsasən boru kəməri ilə, Bolqarıstana isə dəniz yolu ilə tədarük edilir.

Rusiya neft məhsullarının əsas alıcıları gündə 430, 220 və 180 min barel alan Türkiyə, Çin və Hindistandır. Qalan həcmlər Yaxın Şərq, Cənubi Amerika, Afrika və Cənub-Şərqi Asiya arasında paylanıb. IEA -nın məlumatına görə, ümumilikdə, Rusiya neft məhsulları sutkada 3,1 milyon barel ixrac edilir.

Qeyd edək ki, 2022-ci ildə OPEC və OPEC+ ittifaqı BEA məlumatlarını öz hesablamalarından xaric edbi, onları Wood Mackenzie və Rystad Energy analitik firmalarının məlumatları ilə əvəz edib. Rusiya baş nazirinin müavini Aleksandr Novak bunun səbəbini enerji bazarının təhlili ilə bağlı açıqlamalarında müəyyən münasibət bildirən agentliyin qərəzli olması ilə izah edib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Üzrü qəbahətindən böyük icra hakimiyyəti: Başçının tökdüyünü şöbə müdiri toplaya bilmədi

Doqquzuncu sinif şagirdi 30 yaşlı kişiyə ərə verilir - Rəsmi açıqlama

Azərbaycanın vergi-gömrük orqanlarının büdcə öhdəliyi artırılır

Türkiyə millisinin AVRO-2024 üçün heyəti açıqlandı

Azərbaycanda iqtisadi fəaliyyət xərcləri 2 milyard manatdan çox artırılır

ABŞ Ukraynaya yeni hərbi yardım paketini elan edib

Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır

Politoloq: Gürcüstanda inqilabı istisna etmirəm...

İlhamə Quliyevanın övladlığa götürdüyü oğlu itkin düşdü

Ən çox oxunanalar