Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus şairi Azərbaycan şairi haqqında yazır...

Nağıllara inanmaq...

(Azərbaycan Yazıçılar Birliyinin üzvü, gənc şair Məhəmməd Azəroğlunun «Лiсты Магамеда» — «Məhəmmədin məktubları» adlı şeirlər kitabına ön söz)

Məhəmməd Hacıyev Belarus ədəbiyyatında əsl kəşf və yeni addır. Belarusun dilinə, tarixinə, incəsənətinə, mədəniyyətinə səmimi maraq göstərən və belarusları öz yaradıcılığı ilə tanış edən azərbaycanlı bir gənc...
Poetik istedad, aydın düşüncə və təşkilatçılıq qabiliyyətlərini sintezinin unikal nümunəsi.
Mən Məhəmmədlə Minskdə Azərbaycan Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə keçirilən ədəbi məclisdə tanış oldum.

Sonralar onun əsərlərini Tatyana Sivetsin belarus dilinə tərcüməsində oxudum.

Və burada xatırlamaq lazımdır ki, mən hələ gənc şairlə tanış olmamışdan əvvəl Azərbaycana aşiq olmuşam. Yeddi il əvvəl günəşli Bakıda oldum və eyniadlı essemdə əsrarəngiz təəssüratlarımı bölüşdüm. Ədəbiyyat Muzeyini ziyarət etdikdən sonra klassiklər - Füzuli, Nizami, Vaqif, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Cəfər Cabbarlanın yaradıcılığı ilə maraqlandım... Dövrünə görə həddən artıq mütərəqqi Nəsiminin ağır taleyi məni heyrətə gətirdi. Aleksandr Düma ilə tanış olan ensiklopedik yazıçı Natəvan məni heyran etdi.

İlk şeir kitabımı isə otuz ildən artıqdır Belarusu vətən hesab edən azərbaycanlı rəssam Kamil Kamal hazırlayıb.

Azərbaycan ədəbiyyatıyla tanışlığım, emosiyalarla zəngin olan azərbaycanlıların xarakterini, mentalitetini, dünyasına baxışını dərindən dərk etməyimdə böyük rol oynadı.

Buna görə də mən Məhəmməd Hacıyevin şeirlərinin tərcüməsini öz üzərimə götürəndə onun fikirlərini saxtalaşdırmaqdan, mənasını təhrif etməkdən çəkindim. Onun şeir bağçasındakı gül-çiçəklərə heyran oldum. Məhəmmədin yaradıcılığında insan varlığının mahiyyətinə dair fəlsəfi düşüncələr və heyrətamiz dərəcədə incə məhəbbət lirikası, qadın psixologiyasına dair incə biliklər və analara həsr olunmuş səmimi etiraflar, təsirli sətirlər oxucunu valeh edir.

Məhəmmədin poeziyası ilə işləyərkən sanki, aydın işıqlı, insan varlığının ədalətli qanunlarını və hər bir nəsnənin mahiyyətini aydın dərk edən bir dünyaya daşındım... Gənc şair Məhəmmədin mətnləri müasir belarus şairlərinin mətnlərindən çox fərqlənir. Bunun pis və ya yaxşı olduğunu söyləmək mümkün deyil. Söhbət şərq xarakterindən formalaşmış ədəbi qanunlardan, həm də ümumbəşəri dəyərlərdən gedir.

Şair poeziyaya necə gəldiyini, necə yazmağa başladığını, şeirin onun üçün nə olduğunu hər dəfə görüşlərdə parlaq şəkildə danışır.

Bildiyimə görə Məhəmməd Azərbaycanda çox erkən diqqət çəkib, nəşrə çap olunmağa başlayıb, kitab çap edib, vətənində ədəbi mükafatlar qazanıb. Amma eyni zamanda, öz etirafına görə, o, hələ də nağıllara inanan və xəyal qurmaqdan yorulmayan bir uşaqdır.

Məhəmmədə bu gözəl hissi bütün həyatı boyu yaşamasını arzulamaq qalır, çünki, o olmasaydı, bəlkə də əsl ədəbiyyat olmazdı. Oxuculara isə onun səmimi və ehtiraslı poeziyası ilə xoş dəqiqələr arzu edirəm.

Yuliya Aleyçenko
“Gənclik” jurnalının poeziya şöbəsinin rəhbəri

Poliqon.info 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Ən çox oxunanalar