Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Belarus prezidenti Ermənistanın Baş nazirinə xəbərdarlıq edib...

Lukaşenko Paşinyana”parçalanmaya doğru tələsik addımlar atmaması” barədə xəbərdarlıq edib...

Ermənistanın Baş naziri Nikol Paşinyan Minskdə KTMT sammitinə getməkdən imtina etdikdən sonra Belarus prezidenti Aleksandr Lukaşenko siyasətçini “parçalanmaya doğru tələsik addımlar” atmaması barədə xəbərdarlıq edib.

Poliqon xəbər verir ki, bu barədə Lukaşenkonun mətbuat katibi Natalya Eysmont danışıb. Mətbuat katibinin sözlərinə görə, bir gün əvvəl, noyabrın 14-də Aleksandr Lukaşenko ilə Nikol Paşinyan arasında telefon danışığı olub, söhbət zamanı Ermənistan baş nazirinin KTMT-nin ənənəvi illik sammitinə getməkdən imtina etməsi müzakirə olunub.

Prezident öz təcrübəsinə və oxşar situasiyalarda bəzi digər tanınmış siyasətçilərin hərəkətlərinə əsaslanaraq təklif edib ki, Ermənistanın Baş naziri tələsməməli, tələsik qərarlar verməməli, parçalanmağa yönələ biləcək növbəti addımları ciddi düşünməlidir”, deyə xanım Eysmont Belarusun BelTA dövlət agentliyinə bildirib.

Xatırladaq ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı Ermənistan Baş nazirinin KTMT sammitinə getməmək qərarından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, noyabrın 23-də Belarusun paytaxtında KTMT sammitinin keçirilməsi planlaşdırılır. Təşkilatın qalan üzv dövlətlərinin rəhbərləri tədbirdə şəxsən iştirak etmək niyyətlərini açıqlayıblar. Ermənistan rəhbərliyinin nümayəndələri əvvəllər dəfələrlə KTMT çərçivəsində keçirilən işçi görüşlərdə iştirakdan imtina ediblər və Nikol Paşinyan Qərb mediasına müsahibəsində təşkilatı tənqid edib və onun fəaliyyətindən narazılığını bildirib.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar