Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayram günlərində Xaqani parkının yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

17 mart tarixində Xaqani bağının yaxınlığındakı küçələrdə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təhlillər aparılıb...

"APA-Economics"in Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbərinə görə, təhlillərə əsasən, böyük piyada axını müşahidə edilən ərazidə nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması effektiv olub. Belə ki, nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulan küçələrin xüsusi tranzit əhəmiyyəti yoxdur. Bu küçələr, əsasən, parklanma məqsədilə istifadə edilir.

Müsbət nəticələr nəzərə alınaraq, 20-26 mart tarixlərində – Novruz bayramı günlərində də paytaxtın Zərifə Əliyeva (Rəsul Rza küçəsi ilə kəsişmədən sonra), Əbdülkərim Əlizadə, Tərlan Əliyarbəyov və Yusif Məmmədəliyev küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, sözügedən küçələrdəki binalarda yaşayan sakinlərin avtomobilləri üçün nömrətanıma sistemi tətbiq edilməklə əraziyə giriş təmin olunur. “AzParking” mobil tətbiqində fərdi parklanma talonu olan sakinlər xidmətdən yararlana bilirlər. Bu şəxslərin avtomobilləri sistem tərəfindən tanınır və onlar əraziyə buraxılır. Ərazidə yaşayan sakinlərə məhdudiyyət qoyulacaq əraziyə avtomobilləri ilə daxil olmaq üçün “AzParking” mobil tətbiqi üzərindən müraciət edərək fərdi parklanma talonu almaları tövsiyə edilir.

Sakinlər üçün nəqliyyat vasitələri ilə əraziyə giriş Neftçilər prospektindən Tərlan Əliyarbəyov, çıxış isə Yusif Məmmədəliyev küçələrindən təmin olunur.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

ADB "Xəzər yaşıl enerji dəhlizi" layihəsinin hazırlanmasına dəstək göstərəcək

Azərbaycan Ordusunun raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub - Video

Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Mesut Özil Qurban Qurbanovla belə görüntüləndi - Video 

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Ən çox oxunanalar