Şənbə, 12 Oktyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden yol uzaq olduğu üçün mühüm tədbirə xanımını göndərəcək

Britaniya kralı III Çarlzın tacqoyma mərasiminə ABŞ Prezidenti Co Baydenin əvəzinə xanımı Cill Bayden yollana bilər.

Bu barədə “The Telegraph” Bayden administrasiyasına yaxın mənbəyə istinadən yazır.

Mənbə bildirib ki, ABŞ prezidenti yaşlı olduğundan xarici səfərlər ondan kifayət qədər böyük güc alır. Bundan əlavə, Baydenin apreldə İrlandiyaya səfəri planlaşdırılıb.

“Xarici səfərlər onu kifayət qədər yorur. Onlar (administrasiyanın əməkdaşları) bunu məhdudlaşdırmağa çalışırlar”, - deyən mənbə Atlantik okeanı iki dəfə ard-arda keçməyin prezidentin yaşına görə çətin ola biləcəyini vurğulayıblar.

Eyni zamanda, Vaşinqton snobizm ittihamlarından yayınmağa çalışır. Buna görə mərasimə Cill Bayden də daxil olmaqla ən yüksək səviyyəli nümayəndələrini göndərməyə hazırdır.

Qeyd edək ki, Böyük Britaniyanın yeni hökmdarı III Çarlzın rəsmi tacqoyma mərasimi mayın 6-na planlaşdırılıb.

Poliqon.info 


Etiket: Bayden


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Millətlər Liqası: Azərbaycan Estoniya millisinə məğlub olub - Yenilənib

Tramp İrandan gələn təhlükəyə görə hərbi təyyarə tələb edir

Azərbaycanda çörəyin içinə iynə ilə elə şeylər yerdilir ki,... - Sədrdən şok açıqlama

Zelenski Almaniyanın Prezidenti ilə Ukraynanın ehtiyaclarını müzakirə edib

Bayden İsraildən Livandakı BMT sülhməramlılarının təhlükəsizliyini təmin etməyi xahiş edib

Finlandiya MN Ukraynaya əlavə 277 milyon avro ayırmağı nəzərdən keçirir

Avrokomissar: Azərbaycan COP29-a uğurlu sədrlik etməklə iqlim dəyişikliyi ilə mübarizədə vacib rol oynayacaq

Ər arvadının boşanmasının qarşısını almaq üçün maraqlı üsul tapdı - Foto

“Milton” qasırğası nəticəsində Florida ştatında ölənlərin sayı 16 nəfərə çatıb

Ən çox oxunanalar