Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bayden Konqresi İsrailə F-15 qırıcılarının satışını təsdiqləməyə çağırıb

ABŞ-ın hazırkı prezidenti Co Baydenin administrasiyası Konqresə 18 milyard dollar dəyərində Amerika F-15 təyyarələrinin İsrailə satışı və tədarükünü təsdiqləmək üçün “təzyiq” etməyə çalışır...

Poliqon xəbər verir ki, bu barədə The New York Times qəzeti mənbələrə istinadən məlumat yayıb.

“Bayden administrasiyası İsrailə 18 milyard dollar dəyərində F-15 təyyarələri satışı ilə bağlı Konqresə təzyiq edir”, deyə nəşrin məlumatında qeyd edilir.

Qəzet əlavə edir ki, Dövlət Departamenti bu yaxınlarda ABŞ Konqresinin komitələrinə qeyri-rəsmi bildiriş göndərib və bununla da təşəbbüsün qanunverici orqanda nəzərdən keçirilməsi prosesi başlayıb. NYT vurğulayır ki, bu, Ağ Evin 50-yə qədər təyyarənin İsrailə ötürülməsinə rəsmi icazənin verilməsi istiqamətində ilk addımdır.

ABŞ-ın İsrailin Fələstinin HƏMAS hərəkatına qarşı hazırkı kampaniyası üçün silah tədarükünü sürətləndirməsinə baxmayaraq, F-15-lərin ən azı beş il müddətində çatdırılacağı vurğulanır.

Qeyd edək ki, daha əvvəl The Hill qəzeti yazmışdı ki, Bayden administrasiyası Qəzzada vəziyyətin gərginləşməsi və İsrail ordusunun Rəfahda potensial əməliyyatı hərəkətlərini dayandırmaq çağırışları fonunda İsrailə böyük bir silah partiyası satmaq imkanını nəzərdən keçirir.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar