Cümə, 13 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Qərargah generalının Putinin üzünə dediyi: “Sİz, uduzmusunuz!”

Putin sözü Baş Qərargah rəhbərliyinin nümayəndəsinə verərkən, nümayəndə bir neçə kəlimə ilə əmin olduğunu bildirib ki, RF ordusunun daha hücum üçün imkanları yoxdur...

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin videoəlaqə rejimində güc və hərbi blokun rəhbərliyi ilə hərbi iclas keçirib. Bu iclasda işğalçı ölkənin Baş Qərargahının generallarından biri Putinə bəyan edib ki, o, Ukraynaya qarşı müharibədə məğlub olub.

Bu barədə RF Xarici Kəşfiyyat Xidmətinin (XKX) istefada olan generalı adından çıxış edən  “XKX Generalı” Teleqram-kanalı yazır. Kanalda guya Putin və ətrafı barədə insayder informasiyası dərc edirlər. Qeyd olunur ki, güc strukturları ilə iclasın keçirilməsinə səbəb Kreml başçısının XKX xətti ilə çıxışı olub.

Çıxışda deyilir ki, ABŞ hərbi-siyasi rəhbərliyi tərəfindən guya RF-nın Ukraynada hərbi məğlubiyyəti barədə dəqiq qərar qəbul olunub. İclasda RF Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, FTX direktoru Aleksandr Bortnikov, Müdafiə Nazirliyinin və RF Baş Qərargahının nümayəndələri, Xarici Kəşfiyyat Xidmətinin (XKX) direktoru Sergey Narışkin və digər güc strukturu nümayəndələri iştirak ediblər.

İclasın əvvəlində Putin çıxışını oxuyub və həmsöhbətlərinə perspektiv barədə (ifadə olunmuş informasiya çərçivəsində və nəzərə almaqla ki, o, gerçəyi əks etdirir) öz fikirlərini söyləməyi təklif edib.

Putin əvvəlcə sözü Patruşevə verib, amma o, təklif edib ki, Baş Qərargah nümayəndəsi cəbhədəki vəziyyət barədə öz fikrini bildirsin. Putin sözü Baş Qərargah rəhbərliyinin nümayəndəsinə verərkən, nümayəndə bir neçə kəlimə ilə əmin olduğunu bildirib ki, çıxış üzrə informasiya ABŞ-ın planlarına uyğun gəlir və deyib, RF ordusunun daha hücum üçün imkanları yoxdur, tezliklə isə həm də müdafiə üçün imkanlar olmayacaq. General öz nitqini belə tamamlayıb:  “Siz, uduzmusunuz, Vladimir Vladimiroviç”.

Qeyd olunur ki, iclas iştirakçıları «gerçəkdən generalın sərtliyindən sarsılıblar» və uzun pauzadan sonra, Patruşev deyib:  “Siz, Ali Baş Komandanla necə danışırsınız?”.

General ondan da sərt cavab verib:  “Efirdən ayırmaq üçün tələsdiniz”. (azpolitika.info)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Yeməklərdən sonra çay və ya kofe içənlərin nəzərinə!

“Məni uzaqlaşdırmaq üçün səsvermə keçirirlər” - Ramiz Rövşənin oğlu

Onların dairəsində 6 məntəqənin nəticələri ləğv edildi - Rəsmi

Bin Ladeni öldürən dəstə bu ölkədə müharibəyə hazırlaşır

Politoloq: Rusiya bu durumda nüvə silahı işlətməkdən çəkinməyəcək...

Tramp və Harrisin İsrail sevgisi... - Qəzzada baş verənlər fonunda bu utancverici deyilmi?

Kreml Ərdoğanın Krımla bağlı mövqeyinə münasibət bildirib

Ən çox oxunanalar