Cümə axşamı, 09 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Dövlət Yol Polisi İdarəsindən sürücülərə müraciət

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi paytaxtda dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilən nəqliyyat vasitələri sahiblərinə və sürücülərə müraciət edib

İdarədən "Report"a verilən məlumata görə, müraciətdə deyilir:

"Son vaxtlar nəqliyyat vasitələri sahibləri və sürücülərindən Bakı şəhərində dayanma və ya durma, habelə parklanma qaydalarının pozulmasına görə inzibati məsuliyyətə cəlb edilmələri ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə çoxsaylı elektron müraciətlər daxil olur.

Mövcud qanunvericiliyə edilmiş dəyişikliklərə əsasən Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma, eləcə də parklanma qaydalarının pozulmasına görə inzibati xəta haqqında protokolların tərtib edilməsi, habelə tərtib edilmiş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyətinin Bakı Nəqliyyat Agentliyinə verilməsi nəzərə alınaraq Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələri sahibləri və sürücülərindən xahiş edir ki, Bakı şəhərində bu növ qayda pozuntularına görə inzibati məsuliyyətə cəlb edilmiş şəxslər xətanın mövcudluğu ilə razılaşmadıqları hallarda aidiyyəti üzrə Bakı Nəqliyyat Agentliyinə müraciət etsinlər".

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Paşinyan Qərbi Azərbaycan ideyasının ortadan qaldırdığını deyir...

Ərəstun Oruclu: Bu “qırmızı xətt” söhbəti artıq Rusiyada bir gülüş predmetinə çevrilib...

Ermənilər Nizaminin kəlləsini oğurlayıblar: Xalq artistinin iddiasına alimdən şok cavab

Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı

Bakıda narkotik satanlara qarşı əməliyyat - Video

Bakıda talassemiyalı uşaqların valideynlərinə 1 milyon "atıb"lar - Məşhur həkimin adı cinayət dosyesində

Birnəfərlik elektrik təyyarələrinin satışına başlanıldı

Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - Yenilənib

UEFA Konfrans Liqasında ilk finalçı müəyyənləşib

Ən çox oxunanalar