Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Barıtı quru saxlamalıdır” - Lavvrov KTMT qoşunlarını daha hansı ölkələrə yeritməyə eyham vurur?..

KTMT “barıtı quru saxlamalıdır”, çünki Qazaxıstan hadisələrinin bu bloka daxil olan və olmayan başqa ölkələrdə də təkrarlanması mümkündür. virtualaz.org xəbər verir ki, belə bəyanatla Rusiyanın xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında Qazaxıstan hadisələrinin başqa ölkələrdə təkrarlanması imkanlarını şərh edərkən deyib.

Qazaxıstan prezidenti kollektiv təhlükəsizlik haqda Müqaviləyə tam uyğun olaraq öz müttəfiqlərinə müraciət etdi. O nümayiş etdirdi ki, son illər KTMT-nin sülhməramlı potensialının yaradılmasına dair səylər olduqca və olduqca effektli olub. Və bu potensial olduqca və olduqca lazımlıdır”,-Lavrov deyib.

Rusiya xarici işlər naziri “sülh istəyirsənsə müharibəyə hazır ol” deyimini xatırladıb, əlavə edib ki, xoşbəxtlikdən Qazaxıstanda iş müharibəyə qədər gedib çıxmadı. “Lakin sülhməramlı qüvvələrin potensialı öz fəaliyyət qabiliyyətini sübuta yetirdi”,-o bildirib.

Lavrovun fikrincə, Qərbdə KTMT qüvvələrinin hansı sürətlə Qazaxıstanın köməyinə çatdığını görəndə “heyrətdən sifətlər əyildi” və hamı bunu layiqincə qiymətləndirdi. “Mən buna şübhə etmirəm”,-Rusiya xarici işlər naziri əlavə edib. Lavrovun sözlərinə görə, Rusiya hər şeyi edir ki, hadisələrin o cümlədən KTMT çərçivəsində Qazaxıstandakı kimi inkişafının qarşısını alsın.

“Amma birdən nəsə olsa KTMT hazır olmalıdır, çünki Mərkəzi Asoya və digər ölkələrdə situasiyanı xaricdən qarışdırmaq səyləri yetərincədir. Onlar ABŞ-ın Əfqanıstanı indiki durumda buraxıb qaçmasından sonra daha da inadkar olublar”,-Lavrov əlavə edib (virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ukrayna XİN Rusiyanın Zelenskini axtarışa verməsinə münasibət bildirib

Ən çox oxunanalar