Bakıda yol qəzası baş verib
Daxili İşlər Nazirliyindən veruilən məlumata görə, hadisə Abşeron rayonunun Qobu qəsəbəsi ərazisində qeydə alınıb.
Belə ki, oktyabrın 22-də saat 18 radələrində Qobu qəsəbəsinin sakini Dərya Alxasovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Emil Abdullayevin idarə etdiyi “Tatra” markalı yük avtomobili toqquşub, nəticədə D.Alxasov hadisə yerində ölüb.
Abşeron rayon Polis idarəsi tərəfindən araşdırma aparılır.
pia.az