Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda pivə istehsalçısının fırıldaqları


“Azəri” firması barəsində iş qaldırılıb


PİA.AZ yerli mətbuata istinadən bildirir ki, İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev küçəsi, 2360 məhəllədə fəaliyyət göstərən “Azəri” firmasına məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı markalanmasında düzgün olmayan məlumatlar verilməklə və digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə etməklə haqsız rəqabətə səbəb olan pivələrin istehsal edildiyi müəyyən edilib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı pivə qablarının ön tərəfindəki markalanma məlumatlarında istehlakçılarda həmin məhsulların xaricdə istehsal olunması barədə yanlış təəssürat yaradan formada - yalnız xarici dildə verildiyi, həmçinin, məhsulun qida və enerji dəyəri barədə düzgün olmayan məlumatların göstərildiyi aşkar olunub.

Bundan başqa, müəssisədə pivə istehsalı zamanı digər bazar subyektinə məxsus əmtəə nişanından qanunsuz istifadə edildiyi müəyyənləşdirilib.

Yol verilən qanun pozuntusu ilə əlaqədar Dövlət Xidməti tərəfindən “Azəri” firması barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

Mövlam Şixəliyev maddi ziyanla bağlı məhkəməyə müraciət etdi

Qırğızıstanda faciə: Yük maşını 30-a yaxın uşağın üstündən keçib

Ən çox oxunanalar