Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda gecə klubunun qarşısında qətl


Mübahisə edən 18 yaşlı gəncin meyiti tapılıb


 Bakının Nəsimi rayonunda gecə klubunun qarşısındakı mübahisə ölümlə nəticələnib. Nəsimi rayon Polis İdarəsi 22-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə “Koral” gecə klubunun qarşısında baş verib.

Belə ki, gecə saat 03:00-da 1996-cı il təvəllüdlü Vüsal İlham oğlu Abdullayev çoxsaylı bıçaq zərbələrindən qətlə yetirilib. Deyilənlərə görə, hadisədən əvvəl Vüsal Abdullayev orada kimləsə mübahisə edib. Onun qan içərisində olan meyidini hadisə şahidləri gecə saatlarında aşkarlayıb. Dərhal hadisə yerinə polis çağırılıb.

Baş vermiş hadisə ilə bağlı əməliyyat qrupu yaradılıb. Hazırda hadisəni törədən şəxs və şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar