Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda FIA Baş Assambleyasının yekun iclası keçirilib - Foto

Heydər Əliyev Mərkəzində Beynəlxalq Avtomobil Federasiyası - FIA Baş Assambleyasının illik yekun iclası keçirilib.

Poliqon Trend-ə istinadən bildirir ki, iclasda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayem, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov və digərləri çıxış ediblər.

Qonaqları salamlayan Anar Ələkbərov FIA Baş Assambleyası və Mükafatlandırma mərasiminin Bakıda keçirilməsinin əhəmiyyətindən danışıb və bu kimi tədbirlərin məqsədinin ictimaiyyətin avtomobil idmanı sahəsinə marağının artmasına, Azərbaycanda bütün yol hərəkəti iştirakçılarını təhlükəsiz, dayanıqlı və əlçatan hərəkətlilik mövzusunda maarifləndirməyə yönəldiyini bildirib.

"Azərbaycan Avtomobil Federasiyası mütəmadi olaraq avtoidman sahəsində yarışlar, drift məşqləri, yolsuzluq avtomobilləri yürüşləri, kartinq yarışları, klassik avtomobillərin nümayiş olunduğu sərgi və yürüşlər və digər layihələr həyata keçirir", - deyən Anar Ələkbərov ölkəmizin 2016-cı ildən etibarən Formula 1 yarışlarıma ev sahibliyi etdiyini xatırladıb.

Anar Ələkbərov Bakı şəhərinin gözəl küçələrində Formula 1 yarışının uğurla həyata keçirilməsində göstərdiyi dəstəyə görə FIA-ya təşəkkürünü çatdırıb. O cümlədən, Bakıda FIA həftəsinin uğurla keçməsi və yaddaqalan olmasında əməyi keçən hər kəsə, o cümlədən FIA əməkdaşlarına və könüllülərə minnətdarlıq çatdırılıb.

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Mohammed ben Sulayem öz növbəsində Bakıda keçirilən müzakirələrin nəticələrindən danışaraq bu cür nüfuzlu tədbirin FIA-nın fəaliyyətinə töhfə verəcəyini bildirib.

FIA Baş Assambleyasının yekun iclasında dünyanın 128 ölkəsindən müxtəlif avtomobil təşkilatlarının nümayəndələri toplaşıb. İclasda 189 klubdan nümayəndə, eləcə də tədbirə onlayn qoşulan iştirakçılar iştirak edib.

Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, dekabrın 5-dən 8-dək FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da təşkil olunub.

Qeyd edək ki, Beynəlxalq Turizm Alyansının 125 illiyi Bakıda keçirilən FIA Həftəsi ilə üst-üstə düşüb. Beynəlxalq Avtomobil Federasiyasının Bakıda keçirilən tədbirlərindən biri FIA Universitetinin növbəti məzunlarına sertifikatların təqdim edilməsi olub.

Qeyd edək ki, illik və ya növbədənkənar çağırılan Baş Assambleya FIA-nın ali qərarverici orqanıdır və Beynəlxalq Avtomobil Federasiyasının üzv təşkilatlarını təmsil edən avtoidman federasiyalarından (klublardan) və mobillik sahəsində fəaliyyət göstərən klublardan ibarətdir. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Bu mötəbər tədbirin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsindəki bu beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparırdı. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib.

Həmçinin, Azərbaycan Avtomobil Federasiyasının vasitəçiliyi ilə gənclər arasında avtoidmanın populyarlaşması üzrə bir sıra tədbirlər keçirilir. Beləliklə, avtomobillərin yaranma tarixini işıqlandırmaq məqsədilə müxtəlif avtoidman yarışları və avtomobil sərgiləri, eləcə də yol hərəkətinin təhlükəsizliyi üzrə bir sıra tədbirlər təşkil olunur.

Azərbaycanda avtomobil pilotlarının hazırlanması, Azərbaycan nümayəndələrinin bu sahədə beynəlxalq yarışlarda iştirakı da ölkədə avtoidmanın inkişaf etdiyinin sübutudur.

Dekabrın 8-də FIA Baş Assambleyasının iclasının sonunda Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Mohammed Ben Sulayemə üzərində Bakı şəhərinin simvolları hesab edilən Heydər Əliyev Mərkəzi və "Alov Qüllələri" (Flame Towers) kompleksi kimi görməli yerlərin təsvirinin fonunda FIA loqotipi olan xalça hədiyyə olunub.

Həmçinin, Azərbaycan Avtomobil Federasiyası tərəfindən Bakı məktəbliləri arasında təşkil edilmiş yol hərəkətinin təhlükəsizlik məsələləri üzrə intellektual müsabiqənin qalibləri mükafatlandırılıb.

Poliqon.info 


Etiket: İclas


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

“Threads” sosial şəbəkəsi Türkiyədə bağlanıb

Almaniya Ukraynaya daha 10 "Marder" PDM və "Leopard 2" tank mərmiləri verib

Ən çox oxunanalar