Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Sülh Platformasının xaricdə ilk təqdimatı keçirildi


Vyana Universitetində “Cənubi Qafqazda sülh üçün perspektivlər” adlı beynəlxalq konfrans təşkil olunub


AzərTAc xəbər verir ki, Vyanada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyinin təşkil etdiyi konfransda elmi dairələrin təmsilçiləri, Vyana Universitetinin tələbələri, diplomatik korpusun və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan tarix elmləri doktoru İnanç Atılqan dünyada sülhün bərqərar olmasına çalışan çoxlu sayda böyük şəxsiyyətin, pasifist və sülh üzrə Nobel mükafatı laureatlarının təhsil aldığı Vyana Universitetində, ümumiyyətlə Avropanın mədəniyyət, ədəbiyyat və sülh paytaxtı Vyanada belə bir toplantının keçirilməsindən məmnunluğunu ifadə edib. O, Avstriya yazıçısı, sülh üzrə Nobel mükafatı laureatı, “Silahları endirin!” adlı kitabı ilə bütün dünyada məşhur olan Berta von Suttner və digər şəxsiyyətlərin dünyada sülh naminə göstərdiyi fəaliyyəti xatırladıb.

Avropa Şurasının sabiq baş katibi Valter Şvimmer çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qərarlar, şəxsən özünün fəaliyyəti dövründə münaqişənin nizamlanması istiqamətində görülən işlərdən danışıb.

O, Cənubi Qafqazda bütün xalqların, eləcə də Azərbaycan və erməni xalqlarının dinc və birgə yaşamalı olduğunu bildirərək, vurğulayıb ki, bu birgəyaşayışın təmin olunması üçün göstərilən bütün sülh təşəbbüsləri dəstəklənməlidir.

Sonra tədbirdə Ermənistan-Azərbaycan Sülh Platformasının xaricdə ilk təqdimatı olub. Platformanın həmtəsisçiləri və onu dəstəkləyənlər – hüquq müdafiəçisi və yazıçı Vahe Avetyan, “Dilarə Əliyeva adına Qadın Hüquqları Cəmiyyəti” İctimai Birliyinin sədri Novella Cəfəroğlu, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, ictimai fəal Erik Xaçaturov bu təşəbbüsün yaranması və daha öncəki cəhdlər barədə məlumat verərək bu platformanın qarşıya qoyduğu məqsədlərdən danışıblar.

Qeyd edilib ki, bu təşəbbüsün məqsədi hər iki ölkədə vətəndaş cəmiyyətinin sülh prosesinə cəlb olunması, Dağlıq Qarabağ münaqişəsinin gələcək nəsillərə ötürülməməsi və hər iki xalq arasında sülh və dinc birgəyaşayışın yollarını tapmaqdan ibarətdir. Həmçinin vurğulanıb ki, sülh prosesində yalnız iki xalqın iştirakı yetərli deyil, bu sülhün həqiqətən də bərqərar olmasını istəyən dövlətlər əməli şəkildə bu prosesi dəstəkləməlidirlər. Bu prosesdə, həmçinin beynəlxalq təşkilatlar və hər iki ölkənin diasporu vətəndaş cəmiyyətlərinin yaxınlaşması üçün səy göstərməlidirlər.

İştirakçılar ErmənistanAzərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, münaqişənin həlli üçün BMT-nin müvafiq qətnamələri və Avropa Şurasının 1416 saylı qətnaməsinin icra edilməli olduğunu bildiriblər.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində heç kimin qalib gəlmədiyini diqqətə çatdıran çıxışçılar regionda sülhün bərqərar olması üçün işğal olunmuş torpaqların azad edilməsinin, qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasının vacib şərt olduğunu bildiriblər.

Ermənistan-Azərbaycan Sülh Platformasının həmkoordinatoru Orxan Nəbiyev gənclərin platformaya münasibəti və qarşıda duran əsas hədəflər barədə məlumat verib. Qeyd edilib ki, platformanın təqdimatı və sülh prosesinə dəstək göstərənlərin sıralarını genişləndirmək, yeni fikir və impulsların qazanılması üçün yaxın gələcəkdə Avropanın müxtəlif şəhərlərində görüş və toplantılar keçiriləcək.

Çıxışlardan sonra məruzəçilər dinləyiciləri maraqlandıran sualları cavablandırıb, mövzu ətrafında diskussiya aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Gədəbəydə məmurla kənd sakini arasında insident: Həbs olunan var

Arda Güler komanda yoldaşlarından şikayətlənib - Video

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

“Bavariya” və “Mançester Yunayted” arasında məşqçi mübadiləsi baş tuta bilər

Mişel ilə Kobaxidze arasında telefon danışığı olub: “Tarixi şansı qaçırmayın”

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Ən çox oxunanalar