Cümə, 03 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azərişıq”da müəmmalı təyinat: Rəislərin yeri dəyişdirildi

"Azərişıq” ASC-də kadr dəyişikliyi olub.

PİA.az-ın Anews.az-a istinadən məlumatına görə, ASC-nin qərb regionunda fəaliyyət göstərən rəislərin yerləri dəyişdirilib.

Gədəbəy rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev Qazax rayonuna, Qazax rayonunun rəisi Akif Əsgərov Gədəbəy rayonuna təyinat alıb.

2019-cu il iyunun 3-də yuxarıda adları çəkilən rəislərin yerləri dəyişdirilmişdi. Belə ki, Qazax rayon elektrik şəbəkəsinin rəisi Elşad Məmmədov Ağstafa rayonuna təyin edilmişdi. Eyni zamanda, Ağstafa rayon elektrik şəbəkəsinin rəisi Vasif İmamverdiyev Gədəbəyə, Gədəbəy rayonunun rəisi Akif Əsgərov Qazax rayonuna rəis vəzifəsinə təyinat almışdılar.

Məlumata görə, Akif Əsgərov ötən 1 il ərzində Gədəbəy rayon elektrik şəbəkəsinə rəis qayıtmağa çalışırdı və buna nail oldu. Hazırda A.Əsgərov Gədəbəy rayon elektrik şəbəkəsində təhvil-təslim işləri həyata keçirir.

"Azərişıq” ASC kadr dəyişikliyi faktını təsdiq edib. Qurumun mətbuat xidmətindən bildirilib ki, Akif Əsgərovun qısa zamanda yenidən Gədəbəy rayon elektrik şəbəkəsinə təyin olunmasının hər hansı bir məsələ ilə bağlılığı yoxdur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını açıqladı

MSK Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verib - Yenilənib

Ağcabədidə qadın qətlə yetirilib, qaynı saxlanılıb - Yenilənib

Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

Rusiya 15 ukraynalı əsir hərbiçini edam edib - Human Rights Watch bu cinayətləri təsdiqləyib...

Dini liderlər Füzuli şəhərində olublar - Yenilənib

66 konqresmen Azərbaycana qarşı sanksiyalar tətbiq etmək təklifi ilə çıxış edib...

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başa çatıb - Yenilənib  

Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

AAYDA: "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə başlanılır - Video

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən Mehriban Abasquliyevaya yenidən vəzifə verilir? - Açıqlama

Ən çox oxunanalar