Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azəriqaz” istismar müddəti bitən qaz xətlərini yeniləyir

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir. Şəmkir Regional qaz istismarı İdarəsinin Qazax xidmət sahəsi tərəfindən istismar müddəti başa çatan yeraltı qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Ağstafa rayonunda da korroziyaya uğrayan yeraltı qaz xətlərinin yenilənməsi işləri icra olunur. Yeni xətlər hazır olduqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq.

Bundan əlavə Qaradağ rayonu, Sahil qəsəbəsində on min abonentin qaz təchizatı yaxşılaşdırılır. “Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi tərəfindən diametri 325 mm olan korroziyaya uğramış yeraltı qaz xətti diametri 315 mm olan yeni polietilen boru ilə əvəzlənib. Kəmərdə qaz təzyiqinin tənzimlənməsi üçün kollektor və ölçü qovşağı quraşdırılıb. Qaz istehlakçılarını normal təzyiqdə təbii qazla təmin etmək üçün ölçü qovşağında tənzimləyici qurğular quraşdırılıb.

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək. Görülən işlərlə bağlı video materiallarla sosial şəbəkə ünvanımızdan tanış ola bilərsiniz:

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ən çox oxunanalar