Çərşənbə axşamı, 04 İyun 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Azercell”dən 4G “MiFi” ilə daha sürətli internet bağlantısı!

Hədiyyəli “MiFi” cihazı eyni anda 10-a qədər istifadəçiyə rahatlıqla internet şəbəkəsi paylaya bilir

Keyfiyyətli, eyni zamanda effektiv internet bağlantısının son dərəcə əhəmiyyətli olduğunu nəzərə alaraq, ölkənin lider mobil operatoru “Azercell Telekom” bu sahədə rahat və əlverişli həlləri təqdim etməkdə davam edir. Şirkətin hazırda keçirilən kampaniyası çərçivəsində yeni “MiFi M25” cihazı ilə birgə abunəçilər həm də 50GB həcmində internet paketini hədiyyə olaraq əldə edə biləcək. Cəmi 99 AZN dəyərində olan bu təkmilləşdirilmiş cihaz eyni anda 10-a yaxın istifadəçi üçün sürətli internet bağlantısını təmin edir.

Kiçik ölçülü olması bu cihazı daim yanında gəzdirməyə, istədiyin vaxt istifadə etməyə şərait yaradır. Avadanlığın daşınması kimi istifadəsi və quraşdırılması da kifayət qədər rahatdır.

İstifadəçilər üçün önəmli cəhətlərdən biri də “MiFİ” avadanlığının enerjiyə qənaət funksiyasıdır - cəmi bir dəfə tam enerji ilə yüklənməsi cihazın 8 saata qədər uzun müddət davamlı işləməsini təmin edir. İstifadə edilmədikdə cihazı avtomatik yuxu rejiminə quraşdırmaq, bununla da həm internetə, həm də enerjiyə qənaət etmək olar.

Qeyd edək ki, kampaniya çərçivəsində hər bir 4G “MiFi” cihazla birgə 1 ədəd "Data tarifi”ndə olan Fakturasız xətt nömrəsi təqdim olunur. Abunəçilər cihazı “Azercell” Eksklüziv Mağazaları və “Azercell”in rəsmi diler dükanlarından əldə edə bilərlər.

Kampaniya haqqında daha ətraflı məlumat üçün bu linkə keçid almaq tövsiyə edilir:
https://www.azercell.com/az/personal/campaigns/devices/iot/4g-mi-fi.html

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi “Azercell”i seçir. Bazar payı 49 %, ölkə ərazisi üzrə əhatə dairəsi: 93,6 %, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,65 % təşkil edir. “Azercell” ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq “Qızıl Stevie” mükafatı alan ölkənin yeganə şirkətidir.

Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz “Azercell” gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, “Azercell Ekspres” ofisləri, M2M, 4G, mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib.

Azercell”in sürətlə böyüyən 4G şəbəkəsi BakıAbşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, “Azercell”in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda 21 yaşlı qızın sirlərlə dolu ölümü: Qonaq getdiyi evdə nə baş verib? - Yenilənib

MN-dəki 143 milyonluq mənimsəmə ilə bağlı iki vəzifəli şəxs həbs edildi

Baş Prokurorluq zavodun 5 əməkdaşının ölməsi faktı ilə bağlı araşdırma aparır - Yenilənib

Türkiyədəki Neft Şirkətinə hücum və Netanyahunun oğlunun təxribatçı xəritəsi... - Nələr baş verir?     

Müstəqil olmaq istəyən respublikanın lideri dəstək üçün Rusiyaya səfər edəcək

Azərbaycanda bu tarixdə güclü istilər müşahidə olunacaq: 50 dərəcədən yuxarı...

Netanyahunun ofisi: Baydenin Qəzza planı “yaxşı anlaşma deyil”, lakin İsrail bunu qəbul edəcək...

Səhiyyə Nazirliyinə yeni səlahiyyətlər verilib

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının vaxtı açıqlanıb

Ərəstun Oruclu: Dünya artıq qlobal müharibə ərəfəsindədir...

Ən çox oxunanalar