Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanlı aktyor beynəlxalq mükafata layiq görüldü

Azərbaycan Mədəniyyət Nazirliyindən bu barədə məlumat verilib

Rusiyanın Kineşma şəhərində keçirilən Birinci Beynəlxalq kamera teatrları formatında "Ostrovski-FEST" festivalının tamaşalarına dörd mindən çox tamaşaçı baxıb.

Azərbaycan Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, beş gün davam edən festivalda dünyanın yeddi ölkəsindən gəlmiş teatr kollektivləri 11 tamaşa təqdim ediblər. Festivalın proqramına artıq beynəlxalq müsabiqələrdə mükafatlara layiq görülmüş ən yaxşı quruluşlarda səhnə əsərləri daxil edilib.

Festivalın yekunlarına dair səsvermənin nəticələrinə görə, tamaşaçı rəğbəti mükafatı Azərbaycanın və Kalmıkiyanın Əməkdar artisti, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Şövqi Hüseynova verilib. O, bu mükafata "Kontrabas" tamaşasına və A.Ostrovski adına Kineşma Dram Teatrında "Məhəbbət məktubları" səhnə əsərinin quruluşuna görə layiq görülüb.

Festivalın bağlanış mərasimində Rusiyanın Xalq artisti Yevgeni Knyazevin ifasında A.Puşkinin "Qaratoxmaq qadın" monotamaşası göstərilib.(oxu.az)

Pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib

Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

Ən çox oxunanalar