Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın XİN başçısı ATƏT-in baş katibini Bakıya dəvət etdi - Yenilənib

Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb...

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən veriləın məlumata görə, tərəflər ATƏTAzərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüş zamanı baş katib ATƏT-in Azərbaycanı təhlükəsizliyin hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Qreminqer ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.

Elmar Məmmədyarov vurğulayıb ki, seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir.

Nazir baş katibə bu ilin 28-30 yanvarında ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ilə Cenevrədə keçirilmiş görüşü barədə məlumat verib. E.Məmmədyarov münaqişənin Helsinki Yekun Aktının prinsipləri əsasında tezliklə həllinin substantiv aspektləri üzrə ətraflı müzakirələrin əhəmiyyətini vurğulayıb.

Baş katib Qreminqer Minsk Qrupu həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə xalqların sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

E.Məmmədyarov və T.Qreminqer həmçinin ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə ediblər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma və ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.

Azərbaycanın XİN rəhbəri baş katibi yaxın gələcəkdə Azərbaycana səfərə dəvət edib. Nazir bildirib ki, baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

***

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in baş katibi Tomas Qreminqerlə görüşdə təşkilat rəhbərini yaxın vaxtlarda ölkəmizə səfərə dəvət edib.

“Report”un məlumatına görə, bu barədə ATƏT-in yaydığı xəbərdə bildirilir.

E.Məmmədyarov qeyd edib ki, baş katibin səfəri münasibəti ilə Bakıda yaşıl limanların təşviqi üzrə konfrans təşkil ediləcək.

Tərəflər görüşün gedişatında ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin reallaşdırılmasının cari mərhələsini müzakirə edbilər.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

Azərbaycanda ilin ortalarında büdcə proqnozlarına yenidən baxıla bilər

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar