Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda unun qiyməti aşağı düşdü... - Çörəyin də qiyməti düşəcəkmi?

Unun qiymətin enməsi çörək və un məmulatlarının qiymətinə təsir edəcək?...

İqtisadçı-ekspert: “Dünya bazarlarında taxılın və unun qiymətinin ucuzlaşmasının həmən bizim daxili bazara təsir etdiyini görmürük”.

“Un və çörək məmulatları istehsal edənlər də söyləyirlər ki, onlar baha qiymətlə ehtiyyat alıb yığıblar və indiki ucuzlaşma onların məhsullarının maya dəyərinə hələ ki, təsir göstərmir”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycanda unun topdansatış qiymətinin aşağı düşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Bayram günlərində Azərbaycanda unun topdansatış qiymətinin aşağı düşməsi ilə bağlı xəbərlər yayıldı. Bu qiymət enməsi çörək və un məhsullarının qiymətinə təsir edəcək? Çörəyin və un məhsullarının qiymətinin düşməsi gözləniləndirmi?

Mövzunu PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Hələlik istehsalçılar köhnə qiymətlərlə aldıqları məhsulları istifadə etdiklərini söyləyirlər deyə qiymətlərdə təəsüf ki, azalma müşahidə edilmir”.

Əgər qiymətlərin azalması prosesi bir neçə ayda davam etsə, bunun artıq yeni qiymətlərlə alınan un məhsullarına və çörəyin qiymətinə təsir göstərməli olduğunu vurğulayan ekspert bildirib ki, qiymət azalırsa, maya dəyəri də aşağı düşməlidir:

“Son zamanlar dünya bazarında taxılın və unun qiymətində azalma müşahidə olunur. Son bir ayda dünya bazarlarında taxılın və unun qiymətində təqribən 15-20 faizə yaxın azalma görürük. Amma dünya bazarlarında taxılın və unun qiymətinin ucuzlaşmasının həmən bizim daxili bazara təsir etdiyini görmürük.

Yəqin ki, hələ bir müddət də biz bunu ciddi hiss etməyəcək. Çünki bizim buğdaya və una olan tələbatımızın böyük bir hissəsi xaricdən təmin edilir. Biz buğdaya və una olan tələbatımıza görə 75 faiz xaricdən asılıyıq. Azərbaycanın cəmi 25 faiz daxili istehsalı var.

Natiq Cəfərli: “Yəqin ki, hələ bir müddət də biz bunu ciddi hiss etməyəcək. Çünki bizim buğdaya və una olan tələbatımızın böyük bir hissəsi xaricdən təmin edilir”.

Un və çörək məmulatları istehsal edənlər də söyləyirlər ki, onlar baha qiymətlə ehtiyyat alıb yığıblar və indiki ucuzlaşma onların məhsullarının maya dəyərinə hələ ki, təsir göstərmir. Yəni Azərbaycanda çörəyin və unun qiymət artımını daha çox bununla əlaqələndirirlər.

Əgər qiymətlərin azalması prosesi bir neçə ayda davam etsə, bu artıq yeni qiymətlərlə alınan un məhsullarına və çörəyin qiymətinə təsir göstərməlidir. Çünki qiymət azalırsa, maya dəyəri də aşağı düşməlidir. Amma hələlik istehsalçılar köhnə qiymətlərlə aldıqları məhsulları istifadə etdiklərini söyləyirlər deyə qiymətlərdə təəsüf ki, azalma müşahidə edilmir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Bədəl Bədəlov əsəbiləşdi: "Rövnəq Abdullayev mənə dəstək verib?"

Azərbaycanda polis kapitanının ölümünün təfərrüatı məlum olub - Foto

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

Ən çox oxunanalar