Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda toyuq əti bahalaşdı

Azərbaycanda toyuq ətində bahalaşma nəzərə çarpır. Gündəlik tələbat məhsulları sırasına daxil olan bu məhsulun qiymətində 1-2 manat arasında dəyişiklik müşahidə edilir...

Bəs bu artım əhalinin məhsula olan tələbatı, yoxsa istehsalın azalması ilə bağlıdır?

Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Sabah”a açıqlama verib.

O bildirib ki, bahalaşmanın əsas səbəbi əhali arasında toyuq məhsullarına olan tələbatın artmasıdır:

“Toyuq məhsullarının qiymətində müəyyən qədər artım müşahidə edilir. Bunun da əsas səbəbi insanların toyuq ətinə olan tələbatının artmasıdır. Tələbatın artmasına isə mal və qoyun ətindəki bahalaşma səbəb olub. Bu səbəbə görə əhali toyuq məhsullarına üz tutub. Bu da öz növbəsində toyuq əti və bu növdən olan məhsulların qiymətində müəyyən bahalaşmaya gətirib çıxarıb. Çünki tələbat artırsa, qiymət artımı da qaçılmazdır”.
Eyyub Hüseynov qeyd edib ki, bir qrup şəxs toyuq məhsullarındakı qiymət artımına müəyyən dərəcədə təsir edə bilər:

Azərbaycan özünü quş məhsulları ilə tam təmin edə bilər. Bu barədə müəyyən addımlar atılmalıdır. Onlardan biri də xaricdən gələn mallara verilən üstünlüyün aradan qaldırılmasıdır. Quşçuluq məhsullarının istehsalı ilə məşğul olan insanlar bir qrupdur. Bu şəxslər həmin məhsulların bahalaşması üçün qiymət sövdələşməsinə də təsir edə bilər”.

Azad İstehlakçılar Birliyinin sədri onu da vurğulayıb ki, bu məhsulların qiymətində ucuzlaşma müşahidə edilməsi gözlənilən deyil.

Poliqon.info


Etiket: toyuq əti


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı Yelizavetpol xəritəsini təklif etsə… - İoannisyan

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Yadplanetlilər bu partlayışda məhv olub - Şok iddia

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

May ayında gözlənilən maqnit qasırğaları: Ən təhlükəlisi nə vaxt olacaq?

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Prezident VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimində iştirak edib, nitq söyləyib - Yenilənib

Əməkdar artist Cəlilabadda məscid tikdirib - Video

Elçin Əmirbəyov: "Papa Fransisk Həzrətlərinin Bakı və İrəvanın sülhün əldə edilməsinə göstərdiyi diqqəti yüksək qiymətləndiririk"

Ən çox oxunanalar