Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda rayon icra hakimiyyətlərinin ləğvi korrupsiyanı azaldarmı?..

Azərbaycanda regional icra strukturlarının yaradılması gündəmə gətirilib. Belə bir islahat korrupsiyaya qarşı effektli ola bilərmi?..

ADP sədri: “Əgər bu gün yerli icra hakimiyyətləri ləğv edilsə, bəs onda prezidentin yerli idarəetmə funksiyası necə həyata keçiriləcək?”.

ReAl-ın icra katibi: “Regional idarəetməyə keçid ən doğu yoldur. Çünki bu zaman həm korrupsiyanın qarşısı alınacaq, həm də idarəetmənin effekti artacaq”.

Korrupsiya həbslərindən sonra bəzi deputatlar icra hakimiyyəti strukturunun ləğv olunması və regional icra strukturlarının yaradılması təklifi ilə çıxış edirlər.

Ümumiyyətlə cəmiyyətdə belə qənaət hakimdir ki, bütün icra strukturlarında korrupsiya və rüşvətxorluğun təxminən eyni mexanizmi mövcuddur. Həbslər bu sistemin dağıdılması və idarəçiliyin effektiv, şəffaf olmasını təmin edə bilməyəcək. Ona görə, cinayətə bulaşmış məmurların təmizlənməsi ilə yanaşı struktur dəyişikliklərinin də aparılmasına ehtiyac var.

Dövlət strukturlarında belə bir islahatların aparılması mümkündür? Xüsusən regional icra hakimiyyəti strukturlarının yaradılması təkrarçılıq və bürokratiyanın daha da böyüməsinə yol açmazmı?

Mövzunu PİA.az-ın əməkdaşı ADP sədri Sərdar Cəlaloğlu və ReAl-ın icra katibi Natiq Cəfərli ilə müzakirə edib.

Sərdar Cəlaloğlu: “Bütün hallarda icra qurumları bir neçə istiqamətdə kəndlərə qədər şaxələnməlidir. Yəni indiki rayon icra hakimiyyətlərini tam ləğv etmək mümkün deyil”.

İqtisadi rayonları mahallar şəkilində yaratmağı təklif kimi irəli sürən ADP sədri PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycanda 9 sosial-iqtisadi rayon müəyyən etmək olar və 9 dənə də icra hakimiyyəti saxlamaq olar. Yerli icra hakimiyyətlərinin ləğv edilməsi ilə Azərbaycanda formal prezident hakimiyyəti və faktiki hakimiyyət arasında ziddiyyətlərin əmələ gələcəyini düşünən ADP sədri həmçinin qeyd edib ki, konstitusiyamıza görə prezident ali icra hakimiyyətinin başçısıdır, amma yerli icra hakimiyyətlərinin fəaliyyətləri kontitsiya ilə tənzimlənməyib:

“Əvvəla rüşvət və korrupsiyaya görə dövlətin hər hansı idarəsi ləğv edilirsə, bu zaman həm Nazirlər Kabineti, həm də Parlament ləğv olunmalıdır. Çünki nazirlər və parlament üzvlərinin hamısı korrupsiya ilə məşğuldur.

Yerli icra hakimiyyətlərinə gəlincə isə, deyə bilərəm ki, bütün dünyada prezidentin yerli nümayəndələri var. Məsələn bu Türkiyədə vali, ABŞ-da ştatların valisi, Rusiyada qubernator, bizdə icra hakimiyyəti adlanır. Bu hakimiyyət pramidası yuxarldan aşağıya doğru şaxələnir və dövlət hakimiyyətini təmsil edir. Bu qurumlar və qurumlara başçılıq edən adamlar seçkili orqanlardan fəqli olaraq prezident tərəfdən təyin olunur. Həmin adamlar da yerlərdə prezidentin iradəsini həyata keçirdirlər. Amma seçkili orqanlar, yəni parlament, bələdiyyələr xalqın iradəsini həyata keçirdirlər. Beləliklə də xalqın iradəsi ilə prezidentin iradəsi bir-biri ilə vəhdətdə idarəetməni tam şəkildə həyata keçirir.

Əgər bu gün yerli icra hakimiyyətləri ləğv edilsə, bəs onda prezidentin yerli idarəetmə funksiyası necə həyata keçiriləcək? Kimlər bu funksoyanı icra edəcək? Axı parlamentin, məhkəmə orqanlarının, prezident hakimiyyətinə aidiyyəti yoxdur. İcra hakimiyyətləri ləğv edilib qubernator, yaxud da vali yaradılsa, bunlar da elə icra hakimiyyəti deməkdir.

Sərdar Cəlaloğlu: “İcra hakimiyyətlərinin ləğv edilməsi prezidentin səlahiyyətlərinin tamamilə məhdudlaşdırılması deməkdir”.

Onu da qeyd edim ki, icra hakimiyyətlərinin ləğvi faktiki olaraq prezidentin yerlərdəki idarəetməsinin ləğvi deməkdir. Bu da Azərbaycan Konstitusiyasına ziddir. Çünki icra hakimiyyətlərinin ləğv edilməsi prezidentin səlahiyyətlərinin tamamilə məhdudlaşdırılması deməkdir. Əgər icra hakimiyyətləri ləğv edilsə, bu zaman parlament respublikalarda olduğu kimi prezident yalnız dövləti təmsil edən bir adam olacaq. Bunun üçünsə Azərbaycanda köklü konstitutsiya islahatı aparılmalıdır.

Bütövlükdə isə yerli icra hakimiyyətlərinin ləğv edilməsi o deməkdir ki, Azərbaycanda formal prezident hakimiyyəti ilə faktiki hakimiyyət arasında ziddiyyət əmələ gələcək. Yəni konstitusiyamıza görə prezident ali icra hakimiyyətinin başçısıdır, amma yerli icra hakimiyyətlərinin fəaliyyətləri kontitsiya ilə tənzimlənməyib. Bu yalnış, düşünülməmiş, savadsızlıqdan doğan fikirdir.

Amma Azərbaycanda rayonların miqdarını təklif kimi irəli sürə bilərlər. Məsələn iqtisadi rayonları mahallar şəkilində yaratmaq olar. Azərbaycanda 9 sosial-iqtisadi rayon müəyyən etmək olar və 9 dənə də icra hakimiyyəti yaratmaq olar. Bütün hallarda isə icra qurumları bir neçə istiqamətdə kəndlərə qədər şaxələnməlidir. Yəni indiki rayon icta hakimiyyətlərini tam ləğv etmək mümkün deyil. Lakin əsas odur ki, yeni icra qurumları daha bürokratik bir quruma çevrilməsinlər. Bir daha qeyd edim ki, icra hakimiyyətlərinin bütünlükdə ləğv edilməsi mümkün deyil.

Bundan başqa yeni icra qurumlarının yaradılması heç də korrupsiyaya qarşı mübarizədə effektli olmayacaq. Bunun üçün bütün dövlət strukturlarında tam şəffaflıq bərpa olunmalıdır və bu şəffaflıq hakimiyyətin birbaşa maraq dairəsinə aid olmalıdır”.

Natiq Cəfərli: “Rayon icra hakimiyyətlərinin səlahiyyətlərinin harada başlayıb, harada bitməsi dəqiq məlum deyil. Bu da ciddi problemdir”.

Regional idarəetməyə keçidi ən doğru yol hesab edən ReAl-ın icra katibi PİA.az-a açıqlamasında qeyd edib ki, bunun üçün konstitusiya islahatlarına da ehtiyac var. Yəni yaxşı bir konstitusiya islahat paketi hazırlanmalıdır:

“Biz bu islahatı 2013-cü ildən mümkün və doğru hesab edirik. Yəni 2013-cü ildə bizim qəbul etdiyimiz proqramda regional idarəetmə yazılıb. Biz o vaxtdan təklif edirik ki, hər rayonda icra hakimiyyəti yaradılmaqdansa, regional idarəetmə formasına keçid daha məntiqli və effektli ola bilər.

Rayonların özlərinin birbaşa sosial, iqtisadi, kommunal məsələləri ilə seçkili orqan məşğul olmalıdır. Yəni qanunvericilikdə bələdiyyələr və icra hakimiyyəti strukturlarının səlahiyyətlərinin, məsuliyyətlərinin bölgüsü aparılmalıdır.

Regional idarəetməyə keçid ən doğu yoldur. Çünki bu zaman həm korrupsiyanın qarşısı alınacaq, həm də idarəetmənin effekti artacaq. Həmçinin də prezident tərəfindən təyin olunmuş regional idarəedicilərin həm məsuliyyətləri, həm səlahiyyətləri daha aydın şəkildə hiss olunacaq.

Natiq Cəfərli: “Rayonların özlərinin birbaşa sosial, iqtisadi, kommunal məsələləri ilə seçkili orqan məşğul olmalıdır”.

İndi rayon icra hakimiyyətlərinin səlahiyyətlərinin harada başlayıb, harada bitməsi dəqiq məlum deyil. Bu da ciddi problemdir. Buna görə də düşünürəm ki, regional idarəetməyə keçid ən doğru yol ola bilər. Bunun üçün konstitusiya islahatlarına da ehtiyac var. Düşünürəm ki, yaxşı bir konstitusiya islahat paketi hazırlanmalıdır. Bu məsələ də daxil olmaq şərti ilə geniş konstitusiya islahatlarının keçirilməsi vacibdir.

Əgər regionlarda regional idarəetmə yaradılırsa, təbii ki, rayonun özünün icra strukturu ləğv edilməlidir. Böyük şəhərlərdə böyük şəhər bələdiyyələri yaradılıb seçkilər keçirilməlidir. Rayonlarda idarəetmənin bir hissəsi yerli bələdiyyələrə həvalə olunmalıdır. Yəni məntiq bunu tələb edir”.

Nərminə UMUDLU
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ-da atışma nəticəsində 3 polis əməkdaşı ölüb, 5-i yaralanıb

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Maskın sərvəti “Baidu” ilə əməkdaşlıq fonunda 37 milyard dollar artıb

Əli Mirəliyev: “Kişi botoks etdirməz, saçına rəng qoymaz” - Video    

ABŞ "Qiyamət təyyarəsi"ni göstərdi: İlk olaraq prezidenti xilas edəcək - Foto

Ən çox oxunanalar