Çərşənbə, 21 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda qoruqlara giriş məhdudiyyəti aradan qaldırılıb

Bu gündən Dövlət Turizm Agentliyinin tabeliyində olan turizm nümayiş obyektləri, məbəd və muzeylərə tətbiq olunmuş giriş məhdudiyyəti aradan qaldırılıb... 

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Məlumata görə, bu barədə qərar Nazirlər Kabineti yanında Operativ Qərargahının 18 may 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə qərarı rəhbər tutularaq qəbul edilib.

Müəssisələrin fəaliyyəti, həmçinin TƏBİB tərəfindən hazırlanmış “Turizm və hotelçilik sektorunda koronavirus (COVID-19) infeksiyasının profilaktikasına dair metodiki göstərişlər”in tələbləri nəzərə alınmaqla davam etdiriləcək.

Artıq ziyarətçilər aşağıda adları qeyd olunan turizm müəssisələrini sosial məsafə və sanitar-epidemioloji qaydalara əməl etmək şərtilə ziyarət edə bilərlər:

“Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu;

“Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu: Şəki Xan Sarayı, Şəkixanovların ev muzeyi, Şəki Diyarşünaslıq Muzeyi, Şəki Xalq Tətbiqi Sənət Muzeyi və Şəki Rəsm Qalereyası;

“Kiş” Tarix-Memarlıq Qoruğu: Alban Məbədi.

Agentliyin tabeliyindəki bütün turizm müəssələrində karantin rejimi ilə bağlı sosial izolyasiya və profilaktik tədbirlərə dair qaydaları pozan ziyarətçilər barəsində qanunvericiliyə uyğun qaydada tədbirlər görüləcək.

Xatırladaq ki, 14 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə ərazisində bəzi sosial izolyasiya tədbirlərinin təqbiqi qərarı rəhbər tutularaq turizm nümayiş obyektləri, məbəd və muzeylərə girişə məhdudiyyət qoyulmuşdu.

pia.az 


Etiket: Qoruq


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

FHN-in güllələnən sabiq əməkdaşı ilə bağlı yeni təfərrüat 

Politoloq: Ərdoğan öz yerinə layiqli namizədlər hazırlayıb...

Azərbaycanın məşhur şirkəti istehsalı və satışı dayandırdı

Şoltsdan Ukraynaya yardımın dayandırılmasına reaksiya

Ukrayna Kurskda möhkəmlənir, Rusiya Donetski ələ keçirir...

'Əkinçilik" Elmi Tədqiqat İnstitunun deputatlığa namizəd direktoru milyonluq villa tikdirir? - İddia

Sevda Sanaliyevanı təqib edən şəxs polisə çağırıldı

Elxan Şahinoğlu: Putin demək istədi ki, Kreml Cənubi Qafqazdakı maraqlarını arxa plana keçirməyəcək...

Lukaşenko: Ermənilər bizdən başqa kimə lazımdır?

İsrail Ordusu Hizbullahın raket bölüyünün komandirinin öldürüldüyünü açıqlayıb

Ən çox oxunanalar