Çərşənbə, 01 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda QİÇS xəstəlikləri üçün dərmanlar istehsal olunacaq

Azərbaycanda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar istehsal olunacaq


PİA.AZ  xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycan-Rusiya birgə müəssisəsi olan "Hayat Pharm" tərəfindən Almaniya, İtaliya və digər Avropa ölkələrinin texnologiyası əsasında ildə 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul istehsal edəcək zavod inşa ediləcək. Zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək.

Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, investisiya dəyəri 74 mln. ABŞ dolları olan əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış "Hayat Pharm" birgə müəssisəsində "Azərbaycan İnvestisiya Şirkəti" ASC 10%, "Vita-A" MMC və "AR-Pharm" MMC isə hər biri 45% iştirak payına malikdir. Zavodun 2019-cu ildə fəaliyyətə başlaması nəzərdə tutulur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Coşqun Əliyev daha yüksək vəzifəyə gətirilir - İddia

Növbəti köç karvanı Laçına çatıb, açarlar təqdim olunub - Yenilənib

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Korrupsiya əməliyyatı aparılan qurumdan görüntülər - Video

Bakıda I və II Şəhidlər xiyabanında tanınmadan dəfn edilən 13 nəfərin şəxsiyyəti müəyyənləşib - Siyahı    

Ukraynada vəziyyət gərginləşib: Odessa və Xarkovda kütləvi hücumlar - Video

Məşhur ifaları ilə tanınan müğənni Züleyxa Rəhimi vəfat etdi - Foto,Video

Ən çox oxunanalar